Logo
    main-post-cover

    Perplexity Mac mini-ni fasiləsiz işləyən AI agentinə çevirən yeni sistem təqdim etdi

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Perplexity AI ilk developer konfransı olan Ask 2026 tədbirində yeni məhsullarını təqdim edərək ambisiyalı vizyonunu açıqladı. Şirkətə görə, gələcəyin kompüteri artıq əməliyyat sistemi deyil, süni intellektin özüdür.
        Tədbirin əsas elanlarından biri Personal Computer adlı yeni proqram təminatı oldu. Bu sistem istifadəçinin Apple Mac mini cihazını fasiləsiz işləyən AI agentinə çevirir.
        Personal Computer ayrıca bir cihaz deyil, proqram təminatıdır. O, istifadəçinin Mac mini kompüterində davamlı şəkildə işləyərək lokal faylları, tətbiqləri və aktiv sessiyaları Perplexity-nin bulud əsaslı Computer platforması ilə birləşdirir.
        Bu inteqrasiya nəticəsində süni intellekt:
        •    Gmail, Slack, GitHub, Notion və Salesforce kimi xidmətlərə çıxış əldə edir
        •    müəyyən triggerləri izləyə bilir
        •    avtomatik tapşırıqlar icra edir
        •    istifadəçi online olmasa belə iş prosesini davam etdirir
        Şirkətin açıqlamasına görə, həssas əməliyyatlar üçün istifadəçi təsdiqi tələb olunur, bütün fəaliyyətlər audit jurnalında qeyd olunur və sistemi dərhal dayandırmaq üçün xüsusi “kill switch” funksiyası mövcuddur. Yeni xidmət yalnız aylıq 200 dollar dəyərində olan Perplexity Max abunəçiləri üçün əlçatan olacaq və ilkin mərhələdə yalnız Mac sistemlərini dəstəkləyəcək.
        Şirkətin CEO-su Aravind Srinivas məhsulun fəlsəfəsini belə izah edib:
        “Ənənəvi əməliyyat sistemi göstərişləri yerinə yetirir, AI əməliyyat sistemi isə məqsədləri anlayır”.
        Perplexity eyni zamanda Computer platformasının korporativ versiyasını da təqdim edib. Enterprise istifadəçiləri üçün sistem:
        •    SOC 2 Type II təhlükəsizlik standartı
        •    SAML giriş sistemi
        •    audit logları
        •    hər sorğu üçün izolyasiya olunmuş sandbox mühiti
    kimi xüsusiyyətlər təqdim edir.
        Platforma Snowflake, Salesforce və HubSpot kimi biznes alətləri ilə birbaşa inteqrasiya olunur. Bu isə komandaların data analitik və ya mühəndis gözləmədən məlumat bazalarını sorğulamasına və maliyyə modelləri qurmasına imkan yaradır. İşçilər sistemi birbaşa Slack daxilindən də idarə edə bilirlər.
         2025-ci ilin ortalarında illik gəliri təxminən 148 milyon dollar qiymətləndirilən şirkət 2026-cı ilin sonuna qədər bunu 656 milyon dollara çatdırmağı hədəfləyir.
    Paylaş