Logo
    main-post-cover

    Perplexity reklamlardan imtina edir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ mərkəzli süni intellekt axtarış startapı Perplexity reklam modelindən uzaqlaşdığını açıqlayıb. Şirkət rəhbərləri bildiriblər ki, istifadəçilərin çatbotlara olan etibarını qorumaq reklam gəlirlərindən daha vacibdir.
    Perplexity Secures $500 Million in Series D Funding
        Business Insider və Financial Times-ın məlumatına görə, Perplexity ötən ilin sonlarından etibarən platformada reklamları mərhələli şəkildə azaltmağa başlayıb və hazırda yeni reklam müqavilələri üzərində işləməyib. Bu qərar diqqət çəkir, çünki şirkət 2024-cü ildə generativ AI platformalarında reklam test edən ilk şirkətlərdən biri idi. Şirkət nümayəndələrindən biri Financial Times-a bildirib ki, reklam modeli istifadəçilərdə şübhə yarada bilər: “Reklam olduqda istifadəçi verilən cavabların obyektivliyini sorğulamağa başlayır. Bu səbəbdən hazırda bunu prioritet hesab etmirik.”
        Perplexity bundan sonra diqqətini ödənişli məhsullara yönəltməyi planlaşdırır. Xüsusilə biznes müştərilərini və yüksək səviyyəli peşəkar istifadəçiləri hədəf auditoriya kimi müəyyənləşdirib. Şirkət rəhbərliyi hesab edir ki, dəqiq və etibarlı məlumat təqdim etmək onların əsas biznes modelidir və buna görə də abunə əsaslı gəlir daha uyğun yanaşmadır.
     
    Paylaş