main-post-cover

    Perseverance aparatı Marsda orqanik birləşmələr aşkar edib

    Süni İntellekt
    16.12.2021
    Farid Pardashunas
        NASA-nın Perseverance adlı aparatı Mars planetində həyat növünün “inşa blokları”nı aşkar edib. Söhbət, karbon tərkibli kimyəvi orqanik maddələrdən gedir. Sözügedən orqanik maddələr Marsdakı Jezero adlı kraterin dibindəki müəyyən süxurlarda aşkar edilib. Bu barədə məlumatı NASA mütəxəssisləri 15 dekabr taxində veriblər. Qeyd etmək lazımdır ki, orqanik maddələrin aşkar edilməsi hələ Marsda həyat növünün aşkar edilməsi demək deyil. Belə ki, orqanik maddələr həm bioloji həm də qeyri-bioloji üsul vasitəsilə yarana bilərlər. Tədqiqatçılar Jezero kraterində aşkar edilmiş orqanik maddələrin hansı proseslər nəticəsində yarandıqlarını təyin etmək üçün çoxlu sayda araşdırma aparmalıdırlar.
        Qeyd etmək lazımdır ki, Perseverance aparatı öz növbəsində Mars səthindəki süxur nümunələrini yığmağa davam edir. Daha sonra həmin nümunələr Yer kürəsinə çatdırılacaq və nəticədə alimlər onları yaxından analiz edə biləcəklər. Süxur nümunələrinin 2031-ci ildə Yer kürəsinə çatdırılması planlaşdırılır. Bunun üçün NASA ilə Avropa Kosmik Agentliyinin birgə missiyasından istifadə ediləcək. Hal hazırda isə Jezero kraterindəki orqanik birləşmələrin hansı səbəblər nəticəsində yarandıqlarını söyləmək çətin məsələdir. Perseverance bu ilin fevral ayında Marsa eniş etmişdi. Eniş prosesi məhz Jezero kraterində reallaşdırılmışdı.
        Alimlər güman edirlər ki, uzaq keçmişdə həmin kraterdə böyük göl mövcud olub. Aparatın iki məqsədi var. Marsda qədim həyat növünün axtarılması və Yer kürəsinə göndərilməsi üçün nəzərdə tutulmuş süxur nümunələrinin yığılması. Məlumatda qeyd edilib ki, orqanik maddələr bəzi süxur nümunələrində və bəzi daşların səthlərindəki torpaqda aşkar edilib. Qeyd etmək lazımdır ki, eyni orqanik birləşmələri həmçinin Curiosity aparatı da aşkar etmişdi. Curiosity 2012-ci ilin avqust ayından Gale adlı krateri tədqiq edir. Lakin Perseverance aparatının fəaliyyət nəticələri dağ süxurları daxilindəki orqanik maddələrin xəritələrini tərtib etməyə imkan verirlər. Bu isə öz növbəsində orqanik maddələrin yarandıqları mühiti daha yaxından anlamağa imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər