Pianoda çalmağı arzulayanlar üçün ağıllı həll: Skoove
Süni İntellekt
22.01.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Skoove Premium Piano Lessons adlı süni intellekt əsaslı tətbiq sayəsində artıq evdən çıxmadan pianoda çalmağı öyrənmək mümkündür. Bunun üçün sizə sadəcə piano və ya klaviatura, eləcə də smartfon, planşet və ya noutbuk lazımdır.
Təsəvvür edin ki, növbəti dost məclisində pianonun arxasına keçib bir-iki musiqi parçası ifa edərək hamını heyrətləndirirsiniz. Skoove Premium Piano Lessons bu ideyanı reallığa çevirməyi hədəfləyir və boş vaxtlarınızda rahat şəkildə piano öyrənməyə imkan yaradır. Tətbiqin əsas üstünlüyü ondan ibarətdir ki, o, ifa etdiyiniz notları dinləyir, tanıyır və real vaxt rejimində sizə "feedback" verir. Bu isə səhvləri dərhal görməyə və daha sürətli inkişaf etməyə kömək edir. Skoove istənilən cihazda işlədiyi üçün piano olan hər yerdə dərs keçə bilərsiniz.
Skoove Premium Piano Lessons həm yeni başlayanlar, həm də irəli səviyyəli istifadəçilər üçün uyğundur. Üstəlik, dərslər sadəcə texniki məşqlərlə məhdudlaşmır, siz sevdiyiniz musiqiləri ifa edərək öyrənə bilərsiniz. Repertuarda Adele, The Beatles və Ludwig van Beethoven kimi məşhur adların əsərləri yer alır.
Paylaş
Bənzər xəbərlər