Logo
    main-post-cover

    Picsart kontent yaradıcıları üçün yeni monetizasiya proqramını istifadəyə verdi

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, süni intellekt əsaslı dizayn platforması Picsart yeni monetizasiya proqramını istifadəyə verib. “Earn with Picsart” adlanan proqram platformanın artıq sadəcə alət olmaqdan çıxaraq kontent yaradıcılarının birbaşa gəlir əldə edə bildiyi ekosistemə çevrilmək istədiyini göstərir.
        Şirkətin açıqlamasına görə, proqram Picsart-ın 130 milyondan çox istifadəçisinin hamısı üçün açıqdır və iştirak etmək üçün minimum izləyici sayı və ya xüsusi dəvət tələb olunmur. Bu yanaşma sosial platformalarda geniş yayılmış “izləyici sayına əsaslanan qazanc modeli”nə alternativ kimi təqdim olunur.
        Yeni sistemdə kontent yaradıcıları xüsusi panel vasitəsilə aktiv kampaniyaları və kreativ tapşırıqları seçirlər. İstifadəçilər Picsart alətləri ilə hazırladıqları orijinal məzmunu Instagram, TikTok, YouTube və ya X platformalarında paylaşır, daha sonra isə paylaşım linkini və yaradılma prosesinin qısa təsvirini sistemə əlavə edirlər.
        Qazanc məbləği izləyici sayına deyil, məzmunun performans göstəricilərinə, baxış sayı, şərhlər, paylaşımlara əsasən hesablanır. Ödənişlər Stripe vasitəsilə çıxarıla bilir. Şirkət bildirir ki, yalnız süni intellektlə avtomatik yaradılmış, lakin kreativ yanaşma olmayan məzmun yüksək qazanc gətirməyəcək.
        Kampaniyalardan birində istifadəçilərə Picsart-ın süni intellekt köməkçisi Aura vasitəsilə animasiya olunmuş personajlar yaratmaq təklif olunur. Platforma dərslik videoları, estetik montajlar və qısa formatlı videolar da daxil olmaqla müxtəlif məzmun növlərini qəbul edir.
    Paylaş