Picsart kontent yaradıcılarının işini asanlaşdıran yeni platforma təqdim etdi
Süni İntellekt
17.03.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Picsart yeni “agent marketplace” təqdim edib. Bu yenilik istifadəçilərə müxtəlif tapşırıqları yerinə yetirmək üçün süni intellekt köməkçilərini “işə götürmək” imkanı verir. Bu agentlər sosial media kontentinin ölçüsünü dəyişmək, şəkilləri redaktə etmək və ya e-ticarət məhsullarını optimallaşdırmaq kimi işləri avtomatlaşdıra bilir.
130 milyondan çox istifadəçisi olan platforma xüsusilə Gen Z auditoriyasına yönəlib və funksionallıq baxımından Canva-dan daha inkişaf etmiş alternativ kimi təqdim olunur. Şirkət 2021-ci ildə “unicorn” statusu qazandıqdan sonra bazarda mövqeyini qorumaq üçün AI texnologiyalarına investisiyanı artırmağa davam edib. Yeni agent bazarı, son dövrlərdə populyarlaşan agent əsaslı süni intellekt həllərinə artan tələbat fonunda təqdim olunur. Bu agentlər istifadəçilərin verdiyi tapşırıqları şəxsi assistent kimi planlayıb icra edə bilir.
İlk mərhələdə platformada dörd agent təqdim olunur:
• Flair – Shopify ilə inteqrasiya olunaraq onlayn mağazalar üçün satış və vizual optimallaşdırma tövsiyələri verir
• Resize Pro – şəkil və videoları müxtəlif platformalara uyğun ölçüyə salır və AI ilə kadrı genişləndirir
• Remix – şəkillərə “vintage”, “akvarel” və ya “cyberpunk” kimi üslublar tətbiq edir
• Swap – şəkillərin arxa fonunu kütləvi şəkildə dəyişməyə imkan verir
• Flair – Shopify ilə inteqrasiya olunaraq onlayn mağazalar üçün satış və vizual optimallaşdırma tövsiyələri verir
• Resize Pro – şəkil və videoları müxtəlif platformalara uyğun ölçüyə salır və AI ilə kadrı genişləndirir
• Remix – şəkillərə “vintage”, “akvarel” və ya “cyberpunk” kimi üslublar tətbiq edir
• Swap – şəkillərin arxa fonunu kütləvi şəkildə dəyişməyə imkan verir
Xüsusilə Flair agentinin gələcəkdə A/B testlər apararaq zəif performans göstərən məhsulları müəyyən edib avtomatik tövsiyələr verməsi planlaşdırılır. Platforma həmçinin agentlərlə WhatsApp və Telegram üzərindən ünsiyyət qurmağa imkan yaradır. Bu isə istifadəçilərə istənilən yerdən agentləri idarə etməyi asanlaşdırır.
Bununla belə, AI agentlərin səhv qərarlar verməsi və ya “hallüsinasiyalar” yaratması kimi risklər qalır. Picsart bu problemi azaltmaq üçün istifadəçilərə agentlərin “avtonomiya səviyyəsini” tənzimləmək imkanı təqdim edir. Picsart pulsuz plan təqdim etsə də, agentlərdən tam istifadə etmək üçün aylıq təxminən 10 dollardan başlayan ödənişli abunə tələb olunur.
Paylaş