Pinterest AI strategiyasına görə yenidən müzakirə mövzusuna çevrildi
Süni İntellekt
23.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Pinterest platformasında süni intellektlə bağlı problemlər hələ də həllini tapmayıb. İstifadəçilərin sözlərinə görə, platformada həm AI ilə yaradılmış keyfiyyətsiz kontent (tez-tez “AI slop” adlandırılır), həm də avtomatik moderasiya və etiketləmə sistemlərində ciddi çatışmazlıqlar mövcuddur.
404 Media-nın yaydığı məlumata əsasən, Pinterest-in avtomatik kontent nəzarəti sistemi, o cümlədən “AI modified” etiketi tez-tez insan tərəfindən hazırlanmış şəkilləri səhvən süni intellekt məhsulu kimi işarələyir. Xüsusilə qadınların yer aldığı vizual materialların daha çox səhv flag edildiyi bildirilir. Bunun fonunda isə real AI ilə yaradılmış və keyfiyyətsiz hesab edilən kontentin platformada artmağa davam etdiyi vurğulanır.
İstifadəçilər həmçinin bildirirlər ki, AI əsaslı filtr alətləri lentdə AI şəkillərinin qarşısını tam ala bilmir. Bundan əlavə, süni intellektlə işləyən hesab moderasiya sistemi bir çox hesabı aydın səbəb göstərmədən bloklayır. Bu isə xüsusilə uzun müddətdir platformadan istifadə edən kontent yaradıcıları üçün ciddi narahatlıq yaradır.
Paylaş