Qara dəliklər kainatın ən böyük sunamilərini yarada bilirlər

Qara dəliklər kainatın ən böyük sunamilərini yarada bilirlər

Süni zəka və Elm
05.07.2021 PAYLAŞIM

    Alimlərın apardıqları yeni tədqiqatlar çərçivəsində yaradılmış yeni kompüter modelləşdirilmələri gözlənilməz nəticələrin əldə olunmasına şərait yaradıblar. Məlum olub ki, bəzi hallarda yüksək kütləli qara dəliklər qazdan ibarət əsl sunamilər yarada bilirlər. Artıq uzun illərdir ki, bütün dünyadan olan alimlər qara dəliklərin sirlərinə cavab tapmağa çalışırlar. Qara dəliklər bir neçə işıq ili məsafəsində də məkanı təhrif edə bilirlər. Alimlərin sözlərinə əsasən bunun əsas səbəbi qara dəliklərin mərkəz hissələrindən güclü radiasiya küləkləri vasitəsilə atılan sunamilərdir. Bu hadisəyə “axın” adı verilib.


    Tədqiqatçılar isə həm qara dəliyin hadisələr üfüqünə yaxın həm də rentgen şüalarının yarandıqları yerdə qazın rentgen şüaları ilə qarşılıqlı əlaqə prosesini anlamağa çalışırlar. Məlumdur ki, rentgen şüaları qara dəliyin daha sıx yerlərində axınların hərəkətə gəlməsinə imkan verirlər. Bu cür axınlar isə Günəşin səthindən 10 dəfə daha istidir və onlar Günəş küləyi sürəti ilə hərəkət edirlər. Alimlər qara dəliyin qravitasiya sahəsi ətrafında yaranan sunamiləri kompüter modelləşdirilməsi sayəsində sərgiləyiblər. Fotolardan da görmək olar ki, qazdan ibarət sunami Yer kürəsindəki okeanlarda və dənizlərdə yaranan dalğaları xatırladır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×