Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər

Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər

Süni zəka və Elm
17.09.2021 PAYLAŞIM

    Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərək bildiriblər ki, o, qaranlıq enerjini aşkar etmiş ola bilər. 2020-ci ildə fiziklər bildirmişdilər ki, qaranlıq materiyanın aşkar edilməsi üçün nəzərdə tutulmuş təcrübi XEON1T detektoru qəribə siqnal təyin edib. İndi isə alimlər qeyd ediblər ki, detektor həmin vaxtda qaranlıq materiya əvəzinə qaranlıq enerjini aşkar etmiş ola bilər. Qaranlıq enerji mənfi təzyiqə sahib və kainatda bərabər paylanan hipotetik enerji növüdür. Onun, kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birilərindən uzaqlaşdırdığı hesab edilir. Bundan əlavə olaraq işıq ilə heç bir qarşılıqlı əlaqədə olmayan qaranlıq materiya var.

    Onun yeganə təzahürü isə ulduzlara, qalaktikalara və qalaktikalardan ibarət qruplara olan qravitasiya təsiridir. Lakin elə bir vəziyyət ola bilər ki, qaranlıq materiyanın hissəciyi adi materiyanın hissəciyi ilə toqquşsun. Bu halda müvafiq qurğu vasitəsilə qaranlıq materiyanı aşkar etmək olar. XEON1T isə bu cür təcrübi qurğulardan biridir. Bu, daxili maye ksenon ilə dolu olan çəndir və o, yer səthindən çox dərin məsafədə quraşdırılıb. İdeyanın əsas məğzi ondan ibarətdir ki, əgər qaranlıq materiyanın hissəciyi çəndən keçsə, o, ksenon atomlarını həyəcanlandıracaq. Daha sonra işıqlanma və sərbəst elektronların atılması baş verəcək.


    Detektor isə öz növbəsində bu hadisəni təyin edə biləcək. İlk öncə alimlər fikirləşdilər ki, XEON1T qurğusunun qeyri-adi aktivliyinin səbəbi hipotetik elementar hissəcik hesab edilən Günəş aksionudur. Onu isə bu cür qurğu ilə aşkar etmək mümkündür. Lakin alimlər indi bu ideyanı təkzib ediblər. Onlar bildiriblər ki, bu cür siqnalın əldə olunması üçün çoxlu sayda Günəş aksionu lazım olmalı idi. Bunun yerinə onlar güman edirlər ki, qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar edib. Alimlər qeyd ediblər ki, bu məlumat hələ dəqiq deyil və onlar bu istiqamətdə olan araşdırmalara davam edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..


Şotlandiyada yerləşən xəstəxana kriptovalyuta asılılığına sahib insanları müalic..

Şotlandiyada artıq 3 ildir ki, Castle Craig adlı xəstəxanada kriptovalyuta asılılığına sahib insanla..


Malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksin preparatı təsdiqlənib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksininin istifadəsinə r..


NASA təhlükəli asteroidin traektoriyasını dəyişmək üçün ona peyk ilə zərbə endir..

NASA-nın Yer kürəsinə təhlükəli olan asteroidlərin traektoriyalarının dəyişdirilməsi üzrə təcrübəsin..


Alimlər Yer kürəsində həyatın nə zaman mümkün olmayacağını açıqlayıblar..

Beynəlxalq alimlər komandası neçə ildən sonra Yer kürəsində həyatın mümkün olmayacağını və bunun han..


Növbəti 100 ildə Yer kürəsinə milyona yaxın təhlükəli asteroid yaxınlaşacaq..

2013-cü ildə Rusiyann Çelyabinsk şəhərinin səmasında partlamış meteoritin diametri 20 metrdən çox de..

×