Logo
    main-post-cover

    Qlobal data mərkəzi bazarı böyüyür

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, süni intellekt ətrafında mümkün “balon” qorxuları data mərkəzlərinə yatırımları zəiflətməyib. Əksinə, bu sahədə qlobal miqyasda yeni rekord qeydə alınıb. S&P Global tərəfindən yayımlanan yeni hesabatda bildirilir ki, 2025-ci ildə dünya üzrə data mərkəzlərinə yatırımlar 61 milyard dollara çatıb. Bu rəqəm ötən illə müqayisədə təxminən 500 milyon dollar artım deməkdir və sektor üçün növbəti rekord səviyyədir.
    What makes an AI data center unique? | NorthC
        Hesabata görə, bu artımın əsas səbəbi generativ süni intellekt texnologiyalarının sürətlə yayılması və onların tələb etdiyi yüksək hesablama gücüdür. Yeni serverlər, enerji tutumlu infrastrukturlar və genişlənən məlumat emalı layihələri investisiyaların əsas istiqamətini təşkil edir. Bəzi analitiklər süni intellektə marağın azalacağını və bu layihələrin gələcəkdə aktuallığını itirə biləcəyini iddia etsə də, S&P Global mütəxəssisləri CNBC-yə açıqlamalarında 2026-cı ildə də AI tətbiqlərinə tələbatın yüksək qalacağını proqnozlaşdırıblar. Onların fikrincə, böyük AI şirkətlərinə yönəlik skeptisizm bazar dinamikasını ciddi şəkildə dəyişməyəcək.
        Bununla belə, hesabatda risklərə də diqqət çəkilir. Məlumata görə, investisiya artımının böyük hissəsi özəl kapital (private equity) hesabına maliyyələşdirilib. Bu isə yüksək enerji xərcləri tələb edən data mərkəzləri sektoru üçün uzunmüddətli perspektivdə maliyyə riskləri yarada biləcək borc modeli kimi qiymətləndirilir.
    Paylaş