Qlobal istiləşmə səbəbilə atmosferin yuxarı təbəqələri kiçilməyə başlayıblar

Qlobal istiləşmə səbəbilə atmosferin yuxarı təbəqələri kiçilməyə başlayıblar

Süni zəka və Elm
02.07.2021 PAYLAŞIM

    Alimlər aşkar ediblər ki, Yer kürəsi atmosferinin yuxarı təbəqələri tədricən kiçilməyə başlayıblar. Onların fikirlərinə əsasən bu, parnik qazlarının antrpogen ifrazlarının yüksəlməsinə olan cavab prosesidir. NASA-nın 3 peykindən əldə olunmuş məlumatlar nəticəsində aşkar edilib ki, 40-50 km-dən 80-90 km-ə kimi olan mezosfer təbəqəsi soyuyur və kiçilir. Alimlər uzun müddət bundan öncə antropogen iqlim dəyişikliklərinin bu cür effektini güman edirdilər. Lakin onlar bu prosesi real zaman ərzində müşahidə edə bilmirdilər.

“Bizim bu tendensiyaları anlamaq və parnik qazlarının ifrazı ilə digər effektlər nəticəsində nələrin baş verdiyini başa düşmək üçün onilliklərlə vaxt lazımdır. Hal hazırda biz bəzi suallara cavab vermək üçün 3 peykdən məlumatlar əldə edə bilmişik” - deyə alimlər qeyd ediblər.

    NASA peykləri 30 il ərzində olmuş müşahidələr nəticəsində əldə edilmiş məlumatları təqdim ediblər. Həmin məlumatlara əsasən Yer kürəsinin qütbləri üzərində mezosfer təbəqəsi 10 il ərzində 10 dərəcə soyuyur və 120 metr kiçilir. Alimlərin gözləntilərinə əsasən parnik qazlarının ifrazları məsələsində dəyişiklik olmasa bu temp olduğu kimi qalacaq. Sözügedən soyuma və kiçilmə prosesi faktiki olaraq alimlər üçün heç də sürpriz olmayıb. Onlar öncədən güman edirdilər ki, sözügedən proses mövcuddur. Belə ki, süni zəka əsasında yaradılmış bir neçə model öncədən bu proseslərin mövcudluqlarını proqnozlaşdırmışdı. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×