Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır

Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır

Süni zəka və Elm
25.10.2021 PAYLAŞIM

    Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksək istilik səbəbilə xroniki böyrək xəstəlikləri dünyadakı milyonlarla işçinin həyatına təhlükə mənbəyi ola bilər. Bu cür risk qrupuna planet əhaləsinin 2/3 hissəsi daxildir. Söhbət, tropik, subtropik regionlarda yaşayan və açıq havada ağır şərtlər altında çalışan insanlardan gedir. Belə bir vəziyyətdə böyrəklərin sıradan çıxma halları artıq Salvadorda, Nikaraquada və bir sıra digər regionlarda müşahidə edilib. Ənənəvi xroniki böyrək xəstələyindən (adətən yaşlı insanlar ilə şəkərli diabetdən yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərdə rast gəlinir və bu orqanın funksionallığının tamamilə itirilməsi ilə müşahidə edilir) fərqli olaraq Salvadorun və Nikaraquanın isti kənd regionlarında artıq xroniki böyrək xəstəliyi halları müşahidə edilib.

    Nəticədə çoxlu sayda yerli kəndli böyrəklərin sıradan çıxmaları səbəbilə həyatını itirib. Böyrək ilə bağlı olan problemlər həmçinin ağır fiziki iş ilə məşğul olanlarda da qeydə alınıb. Bu cür hallar əsasən Mərkəzi Amerikada, Afrikada, Hindistanda və Yaxın Şərq regionlarında müşahidə edilib. Böyrəklər orqanizmin su balansından cavabdehdirlər. Buna görə də onlar ekstremal temperaturlara daha həssasdırlar. Hər gün isti hava şəraitində çalışaraq insanlar öz böyrəklərini daimi stressə məruz qoyurlar. Nəticədə bu vəziyyət ciddi böyrək xəstəliyinə və ya böyrək çatışmazlığına gətirib çıxardır. Bununla belə bu cür halların simptomları uzun müddət ərzində özünü göstərməyə bilər.


    Qeyd edilmiş vəziyyətdə xroniki böyrək xəstəliklərinin əsas səbəbləri yüksək temperatur və susuzluq olsalar da, bəzi alimlərin fikirlərinə əsasən digər səbəblər arasında həmçinin aqrokimyəvi maddələr, infeksiyalar, irsi özəlliklər və kasıblıq ilə lazımi səviyyədə qidalanmanın olmaması faktorları da ola bilərlər. Xəstəlik yüksək temperaturda açıq hava şəraitində çalışanları və tibbi xidmət ilə sığorta məsələlərində məhdud imkanlara sahib şəxsləri əhatə edir. Bundan əlavə olaraq il ərzində yüksək temperaturlu günlərin sayı artdıqca daha çox insan temperatur artımının səbəb olduğu problemlər ilə üzləşəcək. İlk növbədə bu, planet əhaləsinin tropik və subtropik regionlarda yaşayan 2/3 hissəsini əhatə edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..

×