Ready Player Me artıq Netflix-in tərkibindədir
Süni İntellekt
22.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Netflix oyun strategiyasını genişləndirmək məqsədilə Estoniyada fəaliyyət göstərən Ready Player Me startapını satın alır. Bu barədə Ready Player Me-nin baş direktoru Timmu Töke LinkedIn paylaşımında məlumat verib.
Ready Player Me müxtəlif oyunlar arasında istifadə oluna bilən “cross-game avatar” texnologiyası hazırlayır. Bu sistem oyunçulara öz rəqəmsal avatarlarını bir oyundan digərinə problemsiz şəkildə daşımaq imkanı verir. Şirkətin əsas üstünlüklərindən biri isə süni intellekt vasitəsilə avatarların avtomatik olaraq fərqli oyunların vizual üslubuna uyğunlaşdırılmasıdır. Texnologiya həmçinin asset-lərin istənilən avatar skeletinə və topologiyasına əl ilə müdaxilə olmadan uyğunlaşmasını təmin edir. TechCrunch-un yazdığına görə, Ready Player Me-nin təxminən 20 nəfərlik komandası Netflix-ə inteqrasiya olunacaq. Lakin startapın dörd təsisçisindən yalnız Timmu Töke şirkətdə fəaliyyətini davam etdirəcək. Hazırda avatar texnologiyasının Netflix oyunlarına nə zaman və hansı layihələrdə inteqrasiya ediləcəyi açıqlanmayıb.
Paylaş