Realistik videoların tərtibatı üçün Dream Machine adlı yeni süni zəka sistemi təqdim edilib
Süni İntellekt
14.06.2024
Emil Nəcəfov
Luma Labs adlı şirkət videoların tərtibatı üçün nəzərdə tutulmuş Dream Machine adlı süni zəka modelini təqdim edib. Bu süni zəka modeli çox realistik görünən videoların tərtib edilməsi imkanı ilə seçilir. Onun tərtib etdiyi videolar digər süni zəka modelləri tərəfindən tərtib edilən videolara heç bənzəmir. Luma Labs şirkəti sözügedən layihəni özünün X-dəki (keçmiş Twitter) hesabında anons edərək Dream Machine vasitəsilə tərtib edilmiş bir neçə video nümunəsini təqdim edib. Anons olunandan dərhal sonra bu süni zəka modeli istifadəçilər arasında çox məşhurlaşıb. Buna görə də ondan yaxın zamanda istifadə etmək qəliz olacaq.
Belə ki, istifadəçilərin bu süni zəka modelindən istifadə istəklərini əhatə edən sorğular növbəyə yerləşdirilir. Mətn formatında təsvirlər və ya statik fotolar əsasında Dream Machine vasitəsilə videolar tərtib etmək üçün ilk növbədə Luma Labs-ın saytında hesab yaratmaq lazımdır. Hesabın yaradılmasından sonra istifadəçi ay ərzində 30 ədəd video tərtib edə bilər. Bununla yanaşı ödənişli variantlar da var. Məsələn ayda 2000 ədəd video tərtib etmək üçün 499$ ödəmək lazım gələcək. Dream Machine tərəfindən tərtib edilən videolarda obyektlərlə yanaşı kameranın hərəkəti də real görünür. Elə hiss yaranır ki, sanki video professional operator tərəfindən çəkilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!