main-post-cover

    Rəqəmsal məlumatın həcminin yüksəlməsi qlobal problemlərə gətirib çıxarda bilər

    Süni İntellekt
    07.09.2020
    Farid Pardashunas
        İnsan sivilizasiyası ağıla gəlməyəcək qədər məlumat generasiya edir. Hal hazırda mövcud olan rəqəmsal məlumatların 90%-i son 10 ildə əldə olunub. Tədqiqatçıların fikirlərinə əsasən gələcəkdə bu, ciddi problemlərə gətirib çıxarda bilər. Belə ki, artıq bir neçə 100 ildən sonra bit-lərin sayı Yer kürəsinin atomlarının sayından daha çox olacaq. Bu barədə Space.com saytı xəbər verib. İngiltərənin Portsmut Universitetinin fiziki Melvin Vopson-un təqdim etdyi problem qeyri adi səslənir. Qəbul edilmiş fikrə əsasən məlumatın heç bir kütləsi yoxdur. Buna görə də onun eksponent yüksəlməsi planetə heç bir təsir göstərmir.
        Əslində isə bu heç də belə deyil. Alimlər aşkar ediblər ki, hal hazırda Yer kürəsi təqribi olaraq 10 üstü 21 bit (100 milyard-milyard) qədər kompüter məlumatına sahibdir. Bununla belə Eynşteyn-in kütlə və enerjiinin ekvivalentliyi düsturuna əsaslanaraq Vopson güman edir ki, 1 bit məlumat elektrondan 10 milyon dəfə az kütləyə sahibdir. Hər il rəqəmsal məlumatın 20% yüksəlməsini nəzərə alaraq hesablamaq olar ki, 350 ildən sonra Yer kürəsində məlumatların bit sayı planetin daxilindəki atomların sayından daha çox (10 üstü 50 / 100 trilyon-trilyon) olacaq.
        Bu məlumatı real kütləyə çevirən zaman isə görmək olar ki, 500 ildən sonra Yer kürəsinin kütləsinin yarısını rəqəmsal bit-lər təşkil edəcəklər. Vopson-un sözlərinə əsasən bu problemi ciddi şəkildə müzakirə etmək lazımdır. Belə ki, o, kömürün, neftin və ya digər təbii qazıntı növünün yandırılmasından da ciddi fəlakətlərə səbəb ola bilər. Təsəvvür etsək ki, rəqəmsal məlumatın artımı illik 50% göstərici ilə reallaşır, belə nəticəyə gəlmək olar ki, artıq 2245-ci ilə kimi rəqəmsal informasiya Yer kürəsi kütləsinin yarısını təşkil edə bilər. Elmi cəmiyyət bu məsələ ilə bağlı hələ vahid bir fikir təqdim etməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər