Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!
Süni İntellekt
02.05.2024
Aslan
Rəssamlar, Google-un süni intellektlə işləyən şəkil generatoru "Imagen"i inkişaf etdirmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.
Google-un Alphabet bölməsi, süni intellekt (AI) ilə işləyən şəkil generatoru "Imagen"i öyrətmək üçün icazəsiz bir qrup rəssamın əsərindən istifadə etdiyi üçün Kaliforniya federal məhkəməsində yeni müəllif hüquqları iddiası ilə üzləşir.
Fotoqraf Jingna Zhang və karikaturaçı rəssamlar Sarah Andersen, Hope Larson və Jessica Fink bildiriblər ki, Google "Imagen"ə insan mətn əmrlərinə necə cavab verməyi öyrətmək üçün onların işləri də daxil olmaqla, milyardlarla müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə etməkdə cavabdehdir.
Google-nin sözçüsü Jose Castaneda açıqlamasında, "Bizim süni intellekt modellərimiz ilk növbədə internetdə açıq olan məlumatlar əsasında hazırlanır. Amerika qanunları uzun müddətdir ki, ictimai məlumatların yeni və faydalı üsullarla istifadəsini dəstəkləyir. Bu iddiaları məhkəmədə təkzib edəcəyik." deyə bildirib. Sənətçilərin vəkilləri Joseph Saveri və Matthew Butterick isə açıqlamalarında bu işin, "Trilyon dollarlıq texnoloji şirkətin icazəsiz, ödənişsiz və ya kompensasiya olmadan başqalarının müəllif hüquqları ilə qorunan əsərləri üzərində kommersiya süni intellekt (AI) məhsulu öyrətməyi seçməsinin başqa bir nümunəsidir." deyə qeyd ediblər. Bundan əlavə, rəssamlar məhkəmədən naməlum məbləğdə təzminat və Google-dan əsərlərinin nüsxələrini məhv etməyi tələb edən qərar tələb ediblər.
Paylaş
Bənzər xəbərlər
Tech-Biznes
Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
Google şirkəti hal-hazırda internet axtarışı sahəsində antimonopoliya məhkəmə prosesində iştirak edir. Şirkət internet axtarışı sahəsində monopoliyaya sahib olmaqda günahlandırılır.
Proqram Təminatı
Google Photos-a çəkdiyiniz videonun keyfiyyətini bir kliklə artıra biləcəyiniz xüsusiyyət əlavə edilir!
Google bir kliklə Photos proqramında videoların keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək alət təqdim etməyi planlaşdırır. Hazırlanma mərhələsində olan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi hələlik bəlli deyil.
Süni İntellekt
Səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modeli yaradılıb
Kanadanın Monreal şəhərində yerləşən Concordia Universitetinin aspirantı Alaa Nfissi səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modelini yaradıb.
Proqram Təminatı
iOS 18 ilə Safari-ə gələcək süni intellekt xüsusiyyətləri bəlli olub!
Apple, həmçinin iOS 18 ilə iPhone brauzerini də yeniləməyi planlaşdırır. Safari, iOS 18 və macOS 15 yeniləmələri ilə bir sıra süni intellekt tərəfindən dəstəklənən xüsusiyyətlər əldə edəcək və istifadəçi interfeysində də bəzi dəyişikliklərə sahib olacaq.
Proqram Təminatı
YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
YouTube, 2024-cü ilin aprelində təqdim edilən yeni veb-sayt dizaynı testini istifadəçilərdən gələn sıx reaksiyalara görə dayandırıb.
Ən çox oxunanlar