Ring yeni video doğrulama alətini işə salsa da, AI saxta videoları aşkar etməkdə yetərli deyil
Süni İntellekt
23.01.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Ring şirkəti təhlükəsizlik kameralarından əldə edilən videoların dəyişdirilmədiyini yoxlamaq üçün yeni Ring Verify adlı alət təqdim edib. Şirkətin bildirdiyinə görə, bu sistem istifadəçilərə göndərilən Ring videolarının redaktə olunmadığını təsdiqləyə bilər.
Bütün Ring buludundan yüklənən videolara indi “rəqəmsal təhlükəsizlik möhürü” əlavə edilir. İstifadəçilər Ring Verify veb-saytına video yükləyərək onun orijinal olub-olmadığını yoxlaya bilirlər. Əgər video “verified” statusu alırsa, bu, videonun Ring-dən yükləndikdən sonra heç bir dəyişiklik edilmədiyini göstərir. Sistem C2PA standartları üzərində qurulub.
Lakin alətin ciddi məhdudiyyətləri var. Video üzərində ən kiçik dəyişiklik, məsələn, parlaqlığın tənzimlənməsi, kəsilmə, filtr tətbiqi və ya sosial şəbəkələrin video sıxışdırması doğrulamanın uğursuz olmasına səbəb olur. 2025-ci ilin dekabrından əvvəl yüklənmiş videolar və uçdan-uça şifrələmə aktiv olan videolar da yoxlanıla bilmir.
Ən vacib məqam isə odur ki, Ring Verify süni intellektlə yaradılmış saxta videoları aşkar edə bilmir. TikTok və digər platformalarda yayılan, təhlükəsizlik kamerası görüntüsü kimi təqdim edilən AI videoları bu sistem tərəfindən doğrulanmayacaq. Ring yalnız videonun dəyişdirilib-dəyişdirilmədiyini yoxlayır və hansı dəyişikliklərin edildiyini göstərmir.
Paylaş