Roblox AI köməkçisini yenilədi: oyunları artıq özü yaradır
Süni İntellekt
17.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Roblox platforması daxili süni intellekt köməkçisini əhəmiyyətli dərəcədə yeniləyərək ona “agent” qabiliyyətləri əlavə edib. Yeni sistem artıq sadəcə kod yazmaqla kifayətlənmir, həm də oyunları planlaşdırır, qurur və test edir.
Əsas yenilik isə “Planning Mode” adlı funksiyadır. Bu rejimdə AI əvvəlcə mövcud oyun layihəsini analiz edir, istifadəçidən dəqiqləşdirici suallar soruşur və daha sonra addım-addım icra planı hazırlayır. Bu plan developer tərəfindən təsdiqləndikdən sonra süni intellekt icraya başlayır. Bundan əlavə, Roblox yaxın zamanda “Procedural Models” funksiyasını təqdim etməyi planlaşdırır. Bu texnologiya vasitəsilə istifadəçilər sadəcə mətn yazaraq 3D obyektlər yarada biləcəklər. Məsələn, “kitab rəfi yarat” deyərək onun ölçüsünü, materialını və dizaynını sonradan dəyişmək mümkün olacaq.
Digər yenilik isə “Mesh Generation” funksiyasıdır. Bu funksiya oyun dünyasına hazır, teksturalı 3D obyektləri birbaşa əlavə etməyə imkan verir. Roblox-un “Cube” adlı AI modeli ilə çalışan bu sistem artıq ilkin mərhələdə istifadəçilərin oyunlarda keçirdiyi vaxtı orta hesabla 64 % artırıb. Şirkət gələcəkdə bir neçə AI agentin paralel işlədiyi sistemlər üzərində də çalışır. Bu isə daha kompleks oyunların insan müdaxiləsi olmadan hazırlanmasına yol aça bilər.
Paylaş