Logo
    main-post-cover

    Roblox çatlardakı kobud ifadələri AI ilə avtomatik dəyişdirəcək

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Roblox istifadəçilərin söhbətlərini daha nəzakətli etmək üçün süni intellekt əsaslı yeni bir funksiyanı istifadəyə verir. “Real-time chat rephrasing” adlanan bu xüsusiyyət istifadəçilərin yazdıqları mesajları real vaxtda dəyişdirərək daha uyğun və hörmətli ifadələrlə əvəz edir.
        İndiyədək platformada qadağan olunmuş sözlər sadəcə “#” simvolları ilə gizlədilirdi. Yeni sistem isə həmin sözləri və ifadələri istifadəçinin niyyətini mümkün qədər qoruyaraq daha uyğun dilə çevirəcək.
        Roblox bildirir ki, belə dəyişiklik baş verdikdə çatdakı bütün iştirakçılara mesajın nəzakətli qalması üçün yenidən formalaşdırıldığı barədə bildiriş göstəriləcək.
        Bu xüsusiyyət hazırda yalnız oyun daxilindəki (“in-experience”) çatlarda aktivdir və yalnız yaşını təsdiqləmiş istifadəçilər üçün əlçatandır. Platforma ötən ay çat funksiyalarından istifadə etmək üçün yaş təsdiqini məcburi etmişdi. Yaşı təsdiqlənən istifadəçilər isə əsasən öz yaş qruplarına yaxın oyunçularla söhbət edə bilirlər. Məsələn, 9–12 yaş aralığındakı istifadəçilər 13–15 yaş qrupundakı oyunçularla da ünsiyyət qura bilirlər.
    Paylaş