Logo
    main-post-cover

    Runware daşına bilən süni intellekt məlumat mərkəzini təqdim etdi

        Süni intellekt infrastrukturu sahəsində fəaliyyət göstərən Runware şirkəti Sonic Inference Pod adlanan modul məlumat mərkəzini təqdim edib. Bir konteyner şəklində hazırlanan bu sistem ənənəvi, böyük məlumat mərkəzlərinə alternativ olaraq daha çevik və sürətli şəkildə istənilən əraziyə yerləşdirilə bilir. Şirkətin açıqlamasına görə, Sonic Inference Pod süni intellekt modellərinin işlədilməsi (inference) üçün daha yüksək performans və daha aşağı xərc təklif edir. Modul quruluşa malik olduğu üçün əlavə hesablama gücünə ehtiyac yarandıqda yeni podlar quraşdırmaq kifayət edir. Bu isə klassik məlumat mərkəzlərinin genişləndirilməsi ilə müqayisədə xeyli daha sürətli prosesdir.
    Runware Raises $13M Seed to Help Customers Achieve up to 10x Cost Savings  on AI Media Generation
        Runware-ın həmtəsisçisi və baş icraçı direktoru Flaviu Radulescu bildirib ki, gələcəkdə istifadəçilərə daha yaxın yerləşdirilən paylanmış hesablama infrastrukturu üstünlük qazanacaq. Onun sözlərinə görə, podlar elektrik enerjisi olan istənilən məkanda quraşdırıla, yeni avadanlıqlara sürətlə uyğunlaşdırıla və bir neçə gün ərzində istifadəyə verilə bilir. Ənənəvi məlumat mərkəzlərinin tikintisi isə aylar, hətta illər çəkə bilər. Şirkət həmçinin qeyd edir ki, Sonic Inference Pod su ilə soyutma sistemindən istifadə etmir. Bunun əvəzinə qapalı dövriyyəli soyutma texnologiyası tətbiq olunur ki, bu da su sərfiyyatını aradan qaldırır.
    Paylaş