
Rusiyalı tələbə ChatGPT vasitəsilə diplom işi yazaraq onu uğurla müdafiə edib
Süni İntellekt
02.02.2023
Emil
Moskvadan olan Aleksandr Jadan adlı tələbə OpenAI şirkəti tərəfindən hazırlanmış süni zəka əsaslı ChatGPT çat-botu vasitəsilə diplom işini yazaraq onu uğurlu şəkildə müdafiə edib. O, təhsil almış olduğu müəssisənin adını açıqlamasa da qeyd edib ki, ChatGPT vasitəsilə 60 səhifəlik diplom işi tərtib edilib. Diplom işində mövzuya giriş, onun analizi, yekun hissəsi və istifadə edilmiş ədəbiyyata istinadlar qeyd edilib. Məlumatda qeyd edilib ki, Aleksandr Jadan adlı tələbə “Oyun şirkəti idarəsinin analizi və təkmilləşdirilməsi” mövzusunda diplom işinə start vermişdi. İlkin mərhələdə o, sözügedən mövzu üzərində çalışma planını tərtib etmiş və həmin planı diplom rəhbərinə göndərmişdi. Lakin nəticədə elmi işlərin yazılması üsuluna uyğunlaşmaq üçün tərtib edilmiş planda dəyişikliklər etmək lazım gəlib. Bunun üçün tələbə ChatGPT-dan istinad materialını incələməyi və ona uyğun diplom planını tərtib etməyi istəyib.
Diplom işinə giriş hissəsinin tərtib edilməsi üçün Jadan çat-bota əsas sorğunu ingilis dilində göndərib.
Çat-botun iş prosesində simvolların məhdud sayda olması səbəbilə Jadan daha sonra çat-bota materialdakı buraxılmış hissələri tamamlamaq sorğusunu göndərib. 6200 simvoldan ibarət tərtib edilmiş yekun mətni Jadan rus dilinə tərcümə edib. Eyni üsul ilə diplom işinin nəzəri hissəsi tərtib edilib. Diplom işinin birinci fəslinin hər üç hissəsi barəsində nəticələrin çıxarılması üçün Jadan hər bir hissəsinin son bəndlərini kopyalayaraq çat-bota göndərib və ondan həmin bəndlərin ümumiləşdirilməsini istəyib. Diplom işinin ikinci və üçüncü hissələri hesablamalarla bağlı analizləri və praktik məsləhətləri tələb ediblər. Onların tərtib edilməsi üçün Jadan digər şirkət barəsində oxşar diplom işini tapıb və onu ChatGPT-ya göndərib. Digər şirkət barəsində oxşar diplom işinin göndərilməsindən sonra Jadan çat-botdan göndərilmiş diplom işinin tərkibinin öz mövzusuna uyğun dəyişdirilməsini istəyib.
Ümumilikdə Jadan diplom işinin hazırlanmasına 24 saat vaxt sərf edib. 24 saatın 15 saatı ChatGPT-da diplom işi materialının yazılmasına, 9 saatı isə çat-bot tərəfindən tərtib edilmiş mətnin redaktə edilməsinə sərf edilib.
Bununla belə tərtib edilmiş diplom işinin orijinallıq səviyyəsi 82% təşkil edib. Jadan-ın diplom rəhbəri və diplom müdafiəsində iştirak etmiş diplom komissiyası diplom işində rus dili məntiqinin pozulduğunu və uyğunsuzluqların olduğunu qeyd etsələr də, tələbə nəticədə diplom işini uğurla müdafiə etməyi bacarıb. Belə ki, nəticədə Jadan diplom komissiyasından “qənaətbəxş” qiymətləndirməsini əldə edib. Lakin nəticədə təhsil müəssisəsinin mütəxəssisləri diplom işinin ChatGPT tərəfindən tərtib edildiyini öyrəniblər. Jadan bildirib ki, onun təhsi almış olduğu universitetə onun diplomunun ləğv edilməsi ilə bağlı şikayətlər göndərilib. Hal hazırda universitet rəhbərliyi daxil olmuş şikayətlər əsasında yoxlanışlar aparır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
