Logo
    main-post-cover

    Ryanair Google ilə 5 illik süni intellekt müqaviləsi imzaladı

        Ryanair məlumat infrastrukturu və süni intellekt texnologiyalarının genişləndirilməsi məqsədilə Google Cloud ilə 5 illik tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşma çərçivəsində Google Workspace və Google Cloud xidmətləri şirkətin təxminən 35 min əməkdaşı üçün istifadəyə veriləcək. Tərəfdaşlığın əsas hissələrindən biri Gemini Enterprise platformasının Ryanair-in fəaliyyətinə inteqrasiyası olacaq. Şirkət süni intellektdən qərarların avtomatlaşdırılması, uçuş heyətlərinin iş qrafiklərinin və logistikasının optimallaşdırılması, eləcə də əməkdaşların gündəlik iş proseslərinin daha səmərəli təşkili üçün istifadə etməyi planlaşdırır.
    Ryanair signs five-year Google Cloud deal, expands use of AI in airline  operations
        Ryanair həmçinin Google DeepMind tərəfindən hazırlanmış AlphaEvolve və WeatherNext modellərindən yararlanmaq niyyətindədir. Bu texnologiyaların təyyarə parkının idarə olunması, texniki xidmətlərin planlaşdırılması və hava şəraitinin daha effektiv proqnozlaşdırılmasına kömək edəcəyi gözlənilir. Gündə təxminən 3900 uçuş həyata keçirən aviaşirkət üçün hava proqnozlarının dəqiqliyi əməliyyat baxımından xüsusi əhəmiyyət daşıyır.
        Razılaşmanın digər mühüm tərəfi isə Ryanair-in “dual-cloud”, yəni iki bulud provayderinə əsaslanan strategiyasıdır. Məqsəd kritik sistemləri yalnız bir bulud xidmətindən asılı vəziyyətdə saxlamamaqdır. Beləliklə, provayderlərdən birində texniki problem yarandığı halda əsas xidmətlərin digər bulud infrastrukturu vasitəsilə işləməyə davam etməsi nəzərdə tutulur. Bununla belə, Ryanair ikinci bulud provayderinin adını açıqlamayıb.
    Paylaş