main-post-cover

    Ryugu asteroidinin süxur nümunələrində həyat üçün vacib orqanik birləşmələr və B3 vitamini aşkar edilib

    Süni İntellekt
    26.03.2023
    Farid Pardashunas
        Ryugu asteroidinin səthinin alt təbəqəsindən götürülmüş süxur nümunələrinin analizləri ilə bağlı yeni məlumat təqdim edilib. Qeyd etmək lazımdır ki, sözügedən asteroiddən əldə edilmiş süxur nümunələri Hayabusa-2 adlı kosmik aparat vasitəsilə 2020-ci ilin dekabr ayında Yer kürəsinə çatdırılmışdı. Həmin süxur nümunələri üzərində artıq çoxlu sayda analizlər aparılıb. Təqdim edilmiş yeni məlumatlara asasən isə süxur nümunələrinin tərkibində həyat üçün vacib orqanik birləşmələr və hətta vitamin də aşkar edilib. Ryugu Yer kürəsinə yaxın zonada mövcud olan asteroiddir. Məlumata əsasən bu asteroidin yaşı Günəşin yaşından daha çoxdur.
        Onun strukturunda DNT ilə RNT üçün vacib olan inşaat bloklarının olması bioloji həyat növünün yaranması üçün vacib olan orqanik birləşmələrin Yer kürəsi və hətta Günəş sistemindəki digər planetlərin formalaşmalarından daha öncə əmələ gəldiklərinə işarə edir. Həmin orqanik birləşmələr kosmik şəraitdə asteroidin dərinliklərində qoruna biliblər. Kosmik radiasiya asteroidin dərinliklərinə çata bilmədiyindən orqanik birləşmələr olduqları kimi qalıblar. “Mütəxəssislər asteroidin iki müxtəlif yerindən əldə edilmiş nümunələri analiz edən zaman onlar RNT-nın inşaat bloklarından biri olan urasili və həmçinin B3 vitaminini (canlı orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan vacib birləşmə) aşkar ediblər” - deyə məlumatda qeyd edilib. Bu yeni tədqiqat nəticələri Yer kürəsinə həyatın kosmosdan gəlmə variantının mümkünlüyünü bir qədər də möhkəmlədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər