Logo
    main-post-cover

    Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir

    Süni İntellekt
    16.05.2025
    Emil
         OpenAI rəhbəri Sam Altman, ChatGPT-nin gələcəyini istifadəçinin bütün həyatını yadda saxlaya bilən şəxsi süni zəka köməkçisi kimi görür. İdeal halda bu, istifadəçi haqqında hərtərəfli məlumatları - yazışmaları, oxunmuş kitabları, izləmə tarixçəsini və digər məlumatları əhatə edən trilyon tokenlik kontekstə sahib kompakt bir model olacaq. Artıq bu gün gənclər ChatGPT-ni hər cür qərar qəbulunda məsləhətçi kimi istifadə edirlər və gələcəkdə bu cür süni zəka məişət işlərini avtonom şəkildə idarə edə biləcək. Altman bu idealı belə təsvir edib: “Trilyon tokenlik kontekstə sahib balaca düşüncə modeli, oraya sizin bütün həyatınız yüklənib”.
         Bu model insanın gündəlik həyatını - söhbətləri, kitabları, məktubları, baxılmış səhifələri və digər mənbələrdən toplanmış məlumatları analiz edəcək. Həyatda baş verən yeni hadisələr isə konteksti daim yeniləyəcək. OpenAI rəhbərinin sözlərinə görə, bu yanaşma, hal-hazırda şirkətlərin öz korporativ məlumatlarını saxlama üsuluna bənzəyir. Altman-dan gənclər arasında ChatGPT-dən qeyri-adi istifadə üsulları barədə soruşduqda, o, qeyd edib ki, tələbələr onu bir əməliyyat sistemi kimi istifadə edirlər. Fayllar yükləyir, məlumat mənbələrini qoşur və bu informasiyanı mürəkkəb sorğular vasitəsilə emal edirlər. O həmçinin ChatGPT-nin əvvəlki söhbətləri yadda saxlaya bilən yaddaş funksiyasına toxunaraq bildirib ki, gənclər çox zaman həyati əhəmiyyətli qərarları ChatGPT ilə məsləhətləşmədən vermirlər.
         “Ovqatla desək, yaşlı istifadəçilər ChatGPT-ni Google-un əvəzi kimi istifadə edirlər. Amma 20-30 yaş arası insanlar onu həyat üzrə məsləhətçi kimi görürlər” - deyə Altman əlavə edib. Beləliklə, ChatGPT həqiqətən də hər şeyi bilən süni zəka sisteminə çevrilə bilər. Hal-hazırda Silikon Vadisində hazırlanmaqda olan süni zəka agentlərilə birlikdə bu, həyəcanverici perspektivlər açır. Təsəvvür edin ki, süni zəka avtomobilinizin texniki baxışını özü təyin edir və bunu sizə xatırladır, başqa şəhərdə keçiriləcək toya səfəri planlaşdırır və hədiyyəni siyahıdan seçərək sifariş verir. Amma burada bir sual ortaya çıxır: Bütün həyatınızı mənfəət əldə etməyə çalışan texnologiya nəhənginə etibar etməyə dəyərmi?
    Mənbə: Techcrunch
    Paylaş