Logo
    main-post-cover

    Sam Altman-ın "ChatGPT ilə valideynlik" fikri sosial şəbəkələrdə tənqid edildi

        Sam Altman valideynlərin ChatGPT-dən istifadə etməsi ilə bağlı paylaşımı ilə sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. O, yeni ChatGPT Work məhsulunun ailə təqvimləri və uşaqların maraqları haqqında məlumatlardan istifadə edərək hər səhər valideynlər üçün qısa audio icmallar hazırlaya biləcəyini bildirib. Altman-ın sözlərinə görə, sistem məktəbə gedərkən dinləmək üçün uşağın həmin gün keçiriləcək futbol oyunu, yaxınlaşan ad günü və digər vacib hadisələr, eləcə də gündəlik xəbərlər barədə podkast formatında xülasə təqdim edə bilər. Lakin bu fikir sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
        OpenAI son dövrlər valideynlər və ailələr üçün məhsulların inkişafına xüsusi diqqət ayırır. Şirkət bu istiqamətdə məhsul meneceri vakansiyası da açıb. Eyni zamanda Meta da uşaqlar üçün süni intellektin hazırladığı yatmazdan əvvəl nağılları sınaqdan keçirir. Bununla yanaşı, OpenAI valideynlər və ailələr tərəfindən qaldırılan bir sıra məhkəmə iddiaları ilə də üz-üzədir. İddialarda ChatGPT-nin bəzi hallarda istifadəçilərin psixoloji problemlərinə və faciəvi nəticələrə təsir göstərdiyi qeyd olunur. Şirkət isə həssas mövzularda modelin davranışını davamlı şəkildə təkmilləşdirdiyini bildirir.
    Paylaş