Logo
    main-post-cover

    Sam Altman süni zəka çiplərinin istehsalı üçün qlobal zavodlar şəbəkəsini yaratmağa hədəflənib

    Süni İntellekt
    23.01.2024
    Emil
         OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka ehtiyacları yolunda çiplərin istehsalı ilə məşğul olacaq qlobal zavodlar şəbəkəsinin yaradılması üçün milyardlarla dollar investisiyaların cəlb olunması istiqamətində böyük investorlarla danışıqlar aparır. Verilmiş məlumata əsasən Altman öz növbəsində G42 SoftBank Group kimi böyük investisiya şirkətləri ilə danışıqlar aparıb. Altman-ın bu layihəsi aparıcı çip istehsalçıları ilə əməkdaşlığa və qlobal miqyasda zavodların yaradılmasına istiqamətlənib.
         Bəzi məlumatlara əsasən söhbət, bu cür yüksək texnoloji zavodların inşası və işə salınması üçün nəzərdə tutulmuş 10 milyardlarla dollar investisiyaların cəlb edilməsindən gedir. Altman-ın fikrincə İT sahəsi artıq indidən süni zəka çiplərinin istehsalı mövzusunda lazımi istehsalat performansına sahib olmalıdır ki, bu onilliyin sonuna kimi bu süni zəka çiplərinə sürətlə artan tələbatı ödəyə bilsin. Hal-hazırda çip istehsalı sahəsində lider şirkətlər arasında Intel, TSMC Samsung-dur. Onlar OpenAI şirkətinin potensial partnyorları kimi nəzərdən keçirilir.
    Paylaş