
Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa səsləyib
Süni İntellekt
18.01.2024
Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa çağırıb. Onun sözlərinə əsasən süni zəka texnologiyalarının növbəti inkişaf mərhələləri üçün energetika sahəsində inqilabi həll ortaya çıxmalıdır. Altman qeyd edib ki, süni zəka sahəsində enerji sərfiyyatının artımı alternativ ekoloji enerji mənbələrinin axtarışını zəruri edir. “Bu, termonüvə sintezinə investisiyaların yatırılması mövzusunda bizləri stimullaşdırır” - deyə Altman qeyd edib. Qeyd etmək lazımdır ki, Altman nüvə energetikasında fəaliyyət göstərən çoxlu sayda startapa artıq 100 milyonlarla dollar investisiya edib. Bu cür investisiyalar OpenAI şirkətinin fondu və Microsoft şirkətinin özü tərəfindən həyata keçirilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...