Samsung Bixby-ni Perplexity ilə yenidən dirçəldir
Süni İntellekt
25.11.2025
Sevinc
Technote.az "9To5Mac" platformasına istinadən bildirir ki, Samsung, uzun müddətdir kölgədə qalan Bixby səsli köməkçisini yeniləmək üçün Google-un Gemini modelindən deyil, Perplexity platformasından istifadə etməyə hazırlaşır. Samsung ilə bağlı məlumatları öncədən sızdırması ilə bilinən @chunvn8888 bildirir ki, şirkət Perplexity-ni Bixby-ə Siri və ChatGPT inteqrasiyasına bənzər şəkildə əlavə edəcək. Bu halda Bixby sadə tapşırıqları özü yerinə yetirəcək, daha mürəkkəb sorğuları isə Perplexity-yə ötürəcək.
İddialara görə, yenilənmiş Bixby ilk dəfə gələn il təqdim olunacaq Galaxy S26 seriyasında debüt edəcək. Samsung-un Perplexity ilə əməkdaşlığa hazırlaşdığı artıq bir müddətdir ki, gözlənilirdi. Bu ilin əvvəlində yayılan xəbərlərə görə, tərəflər arasında danışıqlar aparılırdı və nəticədə Perplexity-nin Galaxy cihazlarında əvvəlcədən quraşdırılması və Bixby-nin AI baxımından gücləndirilməsi müzakirə olunurdu.
Samsung isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, Gemini Galaxy ekosistemində inteqrasiya edilən yeganə AI köməkçisi olmayacaq. Galaxy S26 seriyasının isə əvvəlki illərlə müqayisədə bir qədər gec, gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.
Paylaş