Logo
    main-post-cover

    Samsung Galaxy AI-a Perplexity inteqrasiyasını əlavə edir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung yeni nəsil Galaxy cihazlarında süni intellekt strategiyasını genişləndirir. Şirkət Perplexity AI platformasını Galaxy AI ekosisteminə inteqrasiya etdiyini açıqlayıb.
        Yeni məlumata görə, Galaxy S26 istifadəçiləri artıq yalnız Bixby və ya Gemini deyil, həm də “Hey, Plex” səs əmri ilə Perplexity-ni aktivləşdirə biləcəklər. Bu addım Samsung-un “multi-agent ekosistemi” adlandırdığı yeni yanaşmanın bir hissəsidir.
        Şirkət hesab edir ki, istifadəçilər müxtəlif tapşırıqlar üçün fərqli süni intellekt agentlərindən istifadə etməyə üstünlük verirlər. Buna görə də Samsung əməliyyat sistemində bir neçə AI agentinin paralel işləməsinə imkan yaradır. Perplexity sadəcə tətbiq kimi deyil, sistem səviyyəsində inteqrasiya olunacaq.
        Bu inteqrasiya nəticəsində Perplexity aşağıdakı tətbiqlərə çıxış əldə edəcək:
        •    Samsung Notes
        •    Clock
        •    Gallery
        •    Reminder
        •    Calendar
        •    eləcə də bəzi üçüncü tərəf tətbiqlər
        Hansı üçüncü tərəf tətbiqlərin dəstəklənəcəyi hələlik açıqlanmayıb.
    Paylaş