main-post-cover

    Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib

    Süni İntellekt
    13.11.2023
    Emil Nəcəfov
         Samsung şirkəti Gauss adlı generativ süni zəka sistemini təqdim edib. Bu, 2017-ci ildən hər il ənənəvi olaraq keçirilən Samsung AI Forum tədbirində baş tutub. Samsung öz generativ süni zəka sistemini görkəmli alman riyaziyyatçısı Carl Friedrich Gauss-un şərəfinə adlandırıb. O, machine learning-də istifadə edilən normal paylanma qanununun yaradıcısıdır. Gauss adlı generativ süni zəka sisteminin hazırlanmasında Samsung Research tədqiqat şöbəsinin mütəxəssisləri məşğul olublar. Hal hazırda Gauss şirkət daxilində əməkdaşların produktivliklərinin yüksəldilməsində istifadə edilir.
         Lakin gələcəkdə o, daha çox istifadəçi kütləsi üçün aktiv olacaq və istehlakçılar üçün nəzərdə tutulmuş Samsung tətbiqlərinə inteqrasiya ediləcək. Gauss-un tərkib hissəsini 3 süni zəka modeli təşkil edir. Mətn sorğularının emalı üçün olan Gauss Language, fotoların emalı və tərtibatı üçün olan Gauss Image və proqram təminatı kodlarının tərtibatı üçün olan Gauss Code. Gauss Language elektron məktubların yazılması, müxtəlif sənədlərin tərkib hissələrinin ümumiləşdirilməsi və mətnlərin tərcüməsi kimi müxtəlif tapşırıqların yerinə yetirilməsi sayəsində iş effektivliyinin artırılması üçün nəzərdə tutulmuş generativ neyron şəbəkəsi rolunda çıxış edir. Bu alqoritmin tərkibinə bir neçə böyük dil modeli daxildir.
         Bunun sayəsində alqoritm həm hər hansısa bulud servisində həm də hər hansısa cihazda çalışa bilər. Gauss Image fotoların tərtibatı və redaktə olunması üçün nəzərdə tutulmuş alqoritmdir. Onun sayəsində fotoların tərzlərini dəyişmək, fotolara yeni elementlər əlavə etmək, o cümlədən aşağı keyfiyyətli fotoların keyfiyyətlərini yüksəltmək olar. Gauss Code isə proqram təminatı kodlarının yazılmasında yardımçı olacaq alqoritmdir. Samsung əmindir ki, sözügedən alqoritm tərtibatçılara proqram kodlarının sürətlə yazılmasında yardımçı olacaq. Gözləntilərə əsasən Samsung Gauss adlı generativ süni zəka sistemini yaxın gələcəkdəki flaqman smartfonlarına inteqrasiya edəcək. Bunun hətta Galaxy S24 smartfon seriyasından başlayacağı da istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung yeni S Pen stilusunu təqdim edib - QİYMƏTİ
    samsung-yeni-s-pen-stilusunu-teqdim-edib-qiymeti
    Samsung S49CG934 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-s49cg934-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S24 Ultra-nın yeni render fotosu məşhur insayder tərəfindən təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-yeni-render-fotosu-meshur-insayder-terefinden-teqdim-edilib
    Samsung Galaxy S24 Ultra gövdə ətrafı titan çərçivəni əldə edəcək
    samsung-galaxy-s24-ultra-govde-etrafi-titan-ce
    Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
    umumi-suni-zeka-ne-zaman-ortaya-cixacaq