
Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
Süni İntellekt
21.11.2024
Emil
Samsung şirkəti Gauss 2 adlı yeni süni zəka modelini anons edib. Bu yeni süni zəka modeli Galaxy AI ekosisteminin funksiyalarını optimizasiya edərək daha yaxşı performansı və effektivliyi təklif edir. Gauss 2 öz növbəsində multimodallığı dəstəkləyir. Bunun sayəsində o, foto, mətn və proqram təminatı kodu kimi müxtəlif məlumatları emal edə bilir. Gauss 2 süni zəka modeli 3 versiyada təqdim edilib. Compact, Balanced və Supreme.
Bu versiyalardan hər biri istifadəçinin müxtəlif tələbləri üçün optimizasiya edilib. Compact versiyada süni zəka modeli smartfon və planşetlərdə internetsiz çalışır. Balanced versiyada süni zəka modeli sürət və effektivlik arasındakı optimal tarazlığı təmin edir. Supreme versiyada isə o, Mixture of Experts texnologiyası vasitəsilə ən yaxşı performansı təmin edir. Gözləntilərə əsasən Gauss 2 süni zəka modeli Galaxy AI ekosisteminin Browsing Assist, Call Assist və Generative AI Edit kimi funksiyalarını daha da yaxşılaşdıracaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
