Logo
    main-post-cover

    Samsung Yongin-də ilk çip zavodunu 2029-cu ildə istifadəyə verməyi planlaşdırır

        Samsung Electronics Cənubi Koreyanın Yongin yarımkeçirici istehsal klasterində tikilən ilk zavodunu planlaşdırıldığından daha tez, 2029-cu ildə istifadəyə verməyi nəzərdən keçirir. Bu barədə sənaye mənbələrinə istinadən Yonhap agentliyi məlumat yayıb. Söhbət Seulun cənubunda yerləşən və ölkənin strateji sənaye layihələrindən biri hesab olunan Yongin Milli Sənaye Kompleksindən gedir. Burada ümumilikdə 6 yarımkeçirici zavodunun inşası planlaşdırılır. Əvvəlki plana əsasən ilk fabrikin 2030 və ya 2031-ci ildə fəaliyyətə başlaması gözlənilirdi.
    AI Chip Boom Sparks Major Crisis Between Samsung and Its Employees | Jawlah
        Məlumata görə, layihənin sürətləndirilməsi Cənubi Koreya hökumətinin kompleksin tikintisini tezləşdirmək qərarı ilə bağlıdır. İndiyədək torpaq hazırlığı, elektrik enerjisi və su təchizatı kimi infrastruktur məsələləri layihənin əsas gecikmə səbəbləri hesab olunurdu. Sənaye nümayəndələrinin fikrincə, ilk zavodun daha erkən istifadəyə verilməsi süni intellekt çiplərinə artan qlobal tələbatı qarşılamaq baxımından Samsung-a üstünlük qazandıra bilər. Bununla belə, nə Samsung, nə də Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi 2029-cu il tarixini rəsmi şəkildə təsdiqləyib.
        Hazırda Samsung-un yarımkeçirici biznesində əsas gəlir mənbələrindən biri süni intellekt serverlərində istifadə olunan HBM (High Bandwidth Memory) yaddaş çipləridir. AI bazarında artan tələbat fonunda şirkət istehsal gücünü genişləndirməyə çalışır.
     
    Paylaş