main-post-cover

    Saturnun Mimas adlı peykinin səthinin altında okean mövcud ola bilər

    Süni İntellekt
    23.01.2022
    Emil Nəcəfov
        Alimlər Saturnun Mimas adlı peykində geoloji aktivliklərin olub-olmadıqları üzrə tədqiqat aparan zaman onun səthinin altında okeanın mövcud olması ilə bağlı inandırıcı sübutlar aşkar ediblər. Əgər alimlərin güman etdikləri okeanın mövcudluğu təsdiqlənərsə, Günəş sistemində həyat üçün münbit şəraitə sahib daha bir yer də siyahıya əlavə ediləcək. Son illərdə alimlər yeraltı okeanların aşkar edilməsi üzrə daha çox peyklərə nəzər yetirirlər. Bu məsələ ətrafında ən çox araşdırılmaya məruz qalan peyklər siyahısında Saturnun Enselad Yupiterin Avropa peykləri mövcuddur. Sözügedən peyklər həyat növünün axtarılması üçün nəzərdə tutulmuş əsas namizədlərdir.
        Alimlərin fikirlərinə əsasən Enseladda həmçinin dəniz suyu tərkibindəki potensial orqanizmlərin dəstəklənmələri üçün nəzərdə tutulmuş lazımi maddələr mövcuddur. Həmin maddələr peykin cənub qütbü hissəsindəki geyzerlər tərəfindən ifraz edilirlər. Enselad və Avropa geoloji aktivliklərə işarə edən faktorları sərgiləyirlər. Bu isə sözügedən peyklərdə istlik mənbəyinin olduğunu düşünməyə əsas verir. Həmin istilik mənbəyi hesabına bu peyklərdə su maye halında mövcud ola bilər. Mimasın səthi isə kraterlərdən ibarətdir.
        Mimasda çoxlu sayda kraterin olması səbəbilə alimlər uzun müddət ərzində onda geoloji aktivliyin olmadığını düşünürdülər. Lakin Cassini adlı kosmik aparat tərəfindən əldə edilmiş məlumatların analizi zamanı peykdəki titrəyişlərin və vibrasiyalaırn olduqları aşkar edilib. Həmin titrəyişlər və vibrasiyalar peyk ilə Saturn arasındakı qarşılıqlı qravitasiya təsiri və çox güman ki, peykin səthindən 24-31 km dərinlikdə mövcud olan okeanın mövcudluğu hesabına yaranırlar. Alimlərin sözlərinə əsasən bu cür faktor Günəş sisteminin daha uzaq və az müşahidə edilmiş obyektlərində potensial həyat növünün axtarılması mövzusunda əsl stimul kimi çıxış edəcək.
    Linki kopyala