main-post-cover

    Saturnun peykində aşkar edilmiş metan qazı alimlərdə çoxlu sayda suallar yaradıb

    Süni İntellekt
    18.07.2021
    Farid Pardashunas
        Alimlər Saturn planetinin peyki olan Enkeladda böyük həcmdə olan metan qazının səbəblərini araşdırmağa davam edirlər. Alimlər tərəfindən aparılmış təkrar araşdırma cavabların əvəzinə daha çox sualın ortaya çıxmasına səbəb olub. Belə ki, onlar Enkeladda metan qazının ortaya çıxma səbəbini açıqlayacaq dəqiq bir fikri hələ söyləyə bilmirlər. Bir rneçə müddət bundan öncə Enkeladda böyük həcmdə metan qazının mövcudluğu aşkar edilmişdi. Alimlər güman edirdilər ki, bu, bakteriyaların fəaliyyətləri ilə bağlıdır.
        Lakin alimlər tərəfindən aparılmış kompüter modelləşdirilməsi bu ehtimalı aradan qaldırmışdı. Bu dəfə isə digər mümkün olan ehtimallar yüksək dəqiqliklə analiz ediliblər. Məlum olub ki, alimlər tərəfindən bilinən heç bir geokimyəvi proses bu cür həcmdə metan qazının generasiya olunmasına səbəb ola bilməz. Aparılmış yeni tədqiqat çərçivəsində metan qazının Enkeladda ortaya çıxması üzrə yeni riyazi model yaradılıb. Alimlərdən ibarət komanda geokimya ilə mikrob ekologiyanı özündə birləşdirən yeni məlumatlardan istifadə ediblər.
        Nəticədə 2 ehtimal irəli sürülüb: Enkeladdakı metan qazı mikrob təbiətə malikdir və ya Yer kürəsində baş verən proseslərdən tamamilə fərqlənən digər proseslər nəticəsində yaranıb. Çox güman ki, böyük həcmdə metan qazının ifraz olunmasına təkan verən gizli proses Enkelad səthinin alt hissəsində yerləşən okean daxilində baş verir. Bu sualın cavabının tapılmasına onilliklərlə vaxt lazım ola bilər. Belə ki, bunun üçün Enkeladın yeraltı okeanını müşahidə etmək lazımdır. Hal hazırda isə bu mümkün deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər