Reklam
Saturnun peykində həyat növünün mövcudluğuna işarə edən iz aşkar edilib

Saturnun peykində həyat növünün mövcudluğuna işarə edən iz aşkar edilib

Süni zəka və Elm
12.07.2021 PAYLAŞIM

    Cassini-Huygens adlı planetlərarası avtomatik stansiya gözlənilməz kəşf edib. Belə ki, kosmik stansiya Saturn planetinin Enkelad adlı peyki ətrafında plan üzrə dövr edən zaman peykdə canlı orqanizmlərin mövcudluqlarına işarə edə biləcək bir maddənin çoxlu miqdarda olmasını aşkar edib. Alimlər güman edirlər ki, digər planetlərdə həyat növünün mövcud olmasının əsas əlamətlərindən biri də həmin planetlərdə müəyyən qazların aşkar edilməsidir. Söhbət əsasən metandan gedir. Sözügedən qaz adətən bakteriyaların fəaliyyətləri nəticəsində yaranır. Buna görə də bu, alimlər arasındakı müzakirələr ilə ehtimalların əsas səbəblərindən biridir. Cassini-Huygens stansiyası aşkar edib ki, Enkeladın səthində metan qazı ilə zəngin püskürmələr baş verir.


    Məlumdur ki, Enkelad səthinin altında okean mövcuddur. Alimlərin fikirlərinə əsasən məhz həmin okeanda metan qazının ifrazına səbəb olan bakteriyalar yaşayırlar. Lakin bu hadisənin digər açıqlaması da var. Belə ki, metan qazı ilkin orqanik maddənin kimyəvi parçalanması səbəbilə də yarana bilər. Həmin orqanik maddə isə Enkeladın nüvəsində yerləşir və geotermal proseslər nəticəsində metan ilə CO2-yə çevrilə bilər. Bu cür kəşfdən sonra alimlər riyazi hesablamalar aparıblar. Onlar metanın bu cür yüksək miqdarda olmasının bakteriyaların fəaliyyətləri ilə əlaqəli olub-olmadığını yoxlamaq istəyiblər. Beləliklə onlar belə bir nəticəyə gəliblər ki, insanlara məlum olan bakteriyalar bu cür hadisənin səbəbkarı ola bilməzlər. Lakin Enkeladda həyat növünün mövcud olma ehtimalı hələ də aktual olaraq qalır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..


Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda hə..


Bu ayın sonunda Yupiter son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal yaxın məsafəd..

NASA-nın verdiyi məlumata əsasən Yupiter planeti 26 sentyabr tarixində müxalif vəziyyətində olacaq v..


Perseverance aparatı Marsdakı qədim çay deltasında çoxlu sayda orqanik birləşmə ..

Perseverance aparatı Jezero kraterindəki qədim çay deltasında dağ süxuru nümunələrini yığaraq Mars s..


James Webb teleskopu Orion dumanlığının fotosunu çəkib

Keçən həftənin sonunda James Webb teleskopu Orion dumanlığı adlı kosmik sahənin daxilini müşahidə ed..


Planeti oksigen çatışmazlığı gözləyir: İqlim dəyişiklikləri səbəbilə meşələr təh..

Daha əvvəllər alimlər hesab edirdilər ki, ağacların yarpaqları ətraf mühitdə temperaturun yüksək old..

×