main-post-cover

    Serera cırtdan planetinin yeraltı okeanında həyat növü mövcud ola bilər

    Süni İntellekt
    17.02.2022
    Emil Nəcəfov
        Amerikalı alimlər güman edirlər ki, asteroidlər kəmərində yerləşən Serera adlı cırtdan planetin səthinin alt hissəsində duzlu məhlullar ola bilər və həmin məhlullar planetin yeraltı okeanında həyat formasının yaranmasına səbəb olmuş ola bilərlər. Alimlər güman edirlər ki, Serera yaranandan sonra onun daxili istiliyi mantiyasındakı daşları su, duz və digər birləşmələri ifraz etməyə məcbur edib. Bu dəyişikliklər isə planetin ətraf süxurlarında məsamələr yaradıblar və həmin məsamələr maye ilə dolublar. Daha sonra duzlu məhlullar planetin yeraltı okeanına ifraz edilmiş və nəticədə mikrob formasında həyat növünün yaranmasına səbəb olmuş ola bilər. Aparılmış tədqiqat çərçivəsində alimlər Serera planetinin təkamül modelini yaradıblar. Yaradılmış model cırtdan planetin formalaşmasından sonra 4.5 milyard il ərzində onun qızması və soyuması çərçivəsində dağ süxurları və buzlaqları ilə nələrin baş verdiklərini sərgiləyib.
        Beləliklə modelləşdirmə onu göstərib ki, mantiyadakı serpantin karbonat minerallar kimi süxurlar qızmanın təsiri altında dəyişirlər. Metamorfik süxurları yaradan bu cür proses həmçinin Yer kürəsində də baş verir. Kimyəvi dəyişiklilər zamanı Yer kürəsindəki dağ süxurları da eynilə su və duzlu birləşmələri ifraz edirdilər. Bu maddələr Sereranın mantiyasında duz məhlullu məsamələr yaratmış ola bilərlər. Bu metamorfik maye çox güman ki, öz tərkibində çoxlu miqdarda natriumu, kükürdü karbon əsaslı birləşmələri birləşdirir. “Bu duzlu məhlulların tərkibləri Keniyanın Böyük Rift Dərəsinin göllərindəki duzlu məhlulların tərkiblərinə bənzəyirlər. Həmin göllərdə isə mikrob formasında həyat növü mövcuddur” - deyə alimlər qeyd ediblər.
        Alimlərin sözlərinə əsasən bu metamorfik mayelərdən bəziləri Sereranın yeraltı okeanının dərinliklərindən çıxıb kimyəvi reaksiyalara təkan veriblər. Bu isə öz növbəsində həyat növünün yaranmasına səbəb olmuş ola bilər. Dawn adlı kosmik aparat vastəsilə əldə edilmiş məlumatlara əsaslanan modelləşdirmə onu göstərir ki, Serera-nın təkamülünün ilkin mərhələsində planetdə sıx qayalı mantiya ilə qabıq yaranıb. Planetin qabığı isə buzlaqlarla zəngin olub. Müəyyən müddətdən sonra buzlaqlar əriyiblər və yeraltı okeanda yığılıblar. Hal hazırda alimlərin güman etdikləri bu ehtimallar hipotetik status daşıyırlar. Sererada yeraltı okeanın dəqiq yerini təyin etmək üçün hələ çoxlu sayda tədqiqatlar aparılmalıdır. Həmin tədqiqatlarda həmçinin yeni kosmik aparatlardan istifadə edilməlidir.
    Linki kopyala