Shazam ChatGPT platformasına əlavə edildi
Süni İntellekt
10.03.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ChatGPT istifadəçiləri üçün yeni inteqrasiya istifadəyə verilib. Artıq Shazam birbaşa ChatGPT daxilində işləyir və istifadəçilər mahnını müəyyən etmək üçün ayrıca tətbiqi açmadan bu funksiyadan yararlana bilirlər.
Funksiya aktivləşdirildikdə ekranda açılan pəncərə vasitəsilə xidmət səsi dinləyir və nəticə olaraq mahnının adı, ifaçısı və albom üz qabığı ChatGPT daxilində göstərilir. İstifadəçilər eyni zamanda mahnını birbaşa Shazam hesabına da yadda saxlaya bilirlər.
Diqqətçəkən məqamlardan biri isə funksiyanın cihazda Shazam tətbiqi quraşdırılmasa belə işləməsidir. Bu da xüsusilə yaddaşı dolu olan telefon istifadəçiləri üçün əlavə rahatlıq yaradır. Shazam inteqrasiyası artıq iOS, Android və veb versiyalarda qlobal şəkildə mərhələli olaraq istifadəyə verilməyə başlayıb.
Paylaş