Logo
    main-post-cover

    Şirkətlərin AI büdcələrinin böyük hissəsi hələ sınaq mərhələsində qalır

        Şirkətlər süni intellektə böyük həcmdə investisiya ayırsalar da, bu layihələrin əhəmiyyətli hissəsi hələ sınaq mərhələsindən çıxaraq real iş proseslərinə inteqrasiya olunmayıb. Yeni araşdırmalar göstərir ki, müəssisələr AI büdcələrini sürətlə artırır, lakin bu vəsaitlərin işlək və davamlı sistemlərə çevrilməsi daha yavaş gedir. Forrester-in agent əsaslı süni intellektlə bağlı araşdırmasına görə, şirkət rəhbərlərinin təxminən 75 %-i bu texnologiyanı tətbiq etdiyini bildirir. Bununla belə, yalnız kiçik bir hissə AI sistemlərini məhdud pilot layihələrdən kənarda real iş mühitində istifadə edir.
    Business Reporter - AI & Automation - AI is the future: how can we  successfully invest in it?
        Gartner isə 2026-cı ilin sonuna qədər süni intellekt üçün uyğun məlumat və inteqrasiya infrastrukturu olmayan AI layihələrinin 60 %-nin dayandırılacağını proqnozlaşdırır. Deloitte-in araşdırmasına əsasən, şirkətlərin üçdə birindən çoxu süni intellektdən hələ də səthi səviyyədə istifadə edir və texnologiya onların gündəlik iş proseslərini ciddi şəkildə dəyişməyib. Bulud texnologiyaları üzrə KloudStax şirkətinin həmtəsisçisi Jon Bitz hesab edir ki, bu vəziyyət AI investisiyalarının boşa getməsi demək deyil. Onun sözlərinə görə, büdcənin əhəmiyyətli hissəsinin sınaq, eksperiment və yoxlama mərhələsinə sərf olunması yeni texnologiyanın düzgün tətbiqi üçün vacibdir. Əsas problem şirkətlərin bu mərhələdə həddindən artıq uzun müddət qalmasıdır.
        Bitz bildirir ki, məqsəd eksperimentlərə ayrılan vəsaiti azaltmaq deyil, həmin sınaqlardan əldə edilən nəticələri real məhsul və iş proseslərinə çevirmək olmalıdır. Hazırda AI-ın ən çox fayda verdiyi sahələr arasında müştəri dəstəyi, proqram təminatının hazırlanması, rutin işlərin avtomatlaşdırılması və birbaşa gəlir gətirən proseslər göstərilir.
    Paylaş