Logo
    main-post-cover

    Snap və Perplexity arasında 400 milyon dollarlıq AI razılaşması ləğv edildi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Snap və Perplexity arasında ötən il elan olunmuş 400 milyon dollarlıq əməkdaşlıq razılaşması ləğv edilib. Şirkət bu barədə 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatında məlumat verib. Snap bildirib ki, tərəflər əməkdaşlığı “qarşılıqlı razılıq əsasında” dayandırıblar və artıq gələcək maliyyə proqnozlarında Perplexity-dən gələcək gəlirlər nəzərə alınmır.
    Snapchat Parent Snap Valued at $24 Billion After IPO Pricing - WSJ
        Xatırladaq ki, ötən ilin noyabr ayında elan olunan razılaşmaya əsasən, Perplexity AI şirkətinin süni intellekt əsaslı axtarış sistemi birbaşa Snapchat tətbiqinə inteqrasiya edilməli idi. Razılaşma çərçivəsində Perplexity-nin Snap-a bir il ərzində 400 milyon dollar dəyərində nağd və səhm formasında ödəniş etməsi planlaşdırılırdı.
        Planlara görə, Perplexity-nin AI sistemi Snapchat daxilindəki “Chat” bölməsinə əlavə olunacaqdı. Bu funksiya istifadəçilərə tətbiqdən çıxmadan sual vermək və süni intellektdən cavab almaq imkanı yaradacaqdı. Sistem müəyyən istifadəçilərlə test edilsə də, Snap hələ fevral ayında tərəflərin genişmiqyaslı yayım üçün ortaq qərara gələ bilmədiyini açıqlamışdı.
        Snap CEO-su Evan Spiegel həmin dövrdə bu əməkdaşlığın Snapchat platformasında məzmun kəşfini süni intellekt vasitəsilə inkişaf etdirmək strategiyasının bir hissəsi olduğunu bildirmişdi. Şirkət gələcəkdə də innovativ AI tərəfdaşlıqlarına açıq olduğunu vurğulamışdı.
     
    Paylaş