Logo
    main-post-cover

    SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

        SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq. Bu barədə şirkətin prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən paneldə məlumat verib.
        Technote.az xəbər verir ki, SOCAR enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır. Şirkət növbəti inkişaf mərhələsində data mərkəzləri və süni intellekt infrastrukturu istiqamətinə fokuslanır.
        Rövşən Nəcəf bildirib ki, SOCAR fəaliyyətini mərhələli şəkildə genişləndirib. Şirkət neft şirkətindən neft-qaz, daha sonra isə enerji şirkətinə çevrilib.
        Onun sözlərinə görə, yaxın zamanda imzalanmış müqavilələrdən biri Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur. Bu layihə şirkətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
        SOCAR-ın fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və şirkət beynəlxalq iştirakını genişləndirir. Eyni zamanda, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb və beynəlxalq təcrübəyə malik kadrların təmsilçiliyi güclənib.
    Paylaş