Sosial müdafiə sistemində süni zəka ilə bağlı beynəlxalq vebinar keçirilib
Süni İntellekt
15.05.2026
Farid
“Rəqəmsal Konvergensiya Təşəbbüsü” çərçivəsində “SocialProtection.org” platformasının təşkilatçılığı ilə beynəlxalq vebinar baş tutub. Vebinar “Süni zəkaya hazırlıq: sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusuna həsr olunub.
Technote.az xəbər verir ki, tədbirdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları da iştirak ediblər. Vebinarda süni zəka tətbiqləri ilə bağlı hazırlıq səviyyəsi müzakirə olunub.
Sessiya zamanı məlumat hazırlığı və məlumat bazasının əsasları ilə bağlı təqdimatlar keçirilib. Həmçinin hüquqi və normativ çərçivələr, idarəetmə və institusional potensial məsələləri diqqət mərkəzində olub.
Vebinarda süni zəkanın tətbiqinə zəif hazırlığın mümkün riskləri və erkən xəbərdarlıq əlamətləri barədə məlumat verilib. Bu istiqamətdə qurumların qarşılaşa biləcəyi çətinliklər müzakirə edilib.
Tədbir çərçivəsində məsuliyyətli və effektiv süni zəka tətbiqinə hazırlığın qiymətləndirilməsi üçün praktik alətlərdən də bəhs olunub. İştirakçılara bu sahədə yanaşmalar və tətbiq mexanizmləri təqdim edilib.
Paylaş
Bənzər xəbərlər