“SpaceXAI”də kütləvi ayrılıq dalğası
Süni İntellekt
15.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, SpaceX və xAI şirkətlərinin birləşdirilməsindən sonra yaradılan və yaxın zamanda “SpaceXAI” adlandırılan yeni şirkət ciddi kadr itkisi ilə üzləşib. The Information nəşrinin məlumatına görə, fevral ayından bəri şirkətdən 50-dən çox tədqiqatçı və mühəndis ayrılıb.
Şirkəti tərk edənlər arasında kodlaşdırma, “world models” və Grok səs texnologiyası komandalarında çalışan əsas rəhbərlər də var. Bildirilir ki, ayrılan əməkdaşların bir qismi Meta və Thinking Machine Labs kimi rəqib şirkətlərə keçib. Məlumata görə, ən azı 11 keçmiş xAI əməkdaşı Meta-ya, 7 nəfər isə Mira Murati tərəfindən qurulan Thinking Machine Labs-a qoşulub.
Hesabatda xüsusilə “pre-training” komandasındakı ayrılıqların şirkət daxilində narahatlıq yaratdığı vurğulanır. Çünki bu mərhələ yeni süni intellekt modellərinin hazırlanmasının əsas hissələrindən biri hesab olunur. Komandanın rəhbəri Juntang Zhuang-ın ayrılmasından sonra bu sahədə çalışan əməkdaş sayının ciddi şəkildə azaldığı bildirilir.
Paylaş