Spotify AI cover və remikslərə icazə verdi
Süni İntellekt
22.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify süni intellekt əsaslı musiqi sahəsində mühüm addım atıb. Platforma Spotify ilə Universal Music Group arasında əldə olunan yeni razılaşma çərçivəsində istifadəçilərə sevdikləri mahnıların AI vasitəsilə cover və remiks versiyalarını yaratmaq imkanı veriləcək.
Yeni funksiya yalnız Spotify Premium abunəçiləri üçün ödənişli əlavə xidmət kimi təqdim olunacaq. İstifadəçilər generativ süni intellekt texnologiyalarından istifadə edərək mahnıların yeni versiyalarını hazırlaya biləcəklər. Ən diqqətçəkən məqamlardan biri isə AI ilə yaradılan musiqilərdən əldə edilən gəlirin iştirak edən ifaçılarla bölüşdürüləcək olmasıdır.
Spotify bildirib ki, sistem “icazə, müəlliflik hüquqları və kompensasiya” prinsipləri üzərində qurulub. Yəni sənətçilər AI layihələrində iştirak edib-etməməyə və əsərlərinin necə istifadə olunacağına özləri qərar verəcəklər. Bu addım həm də AI musiqi platformaları üçün yeni rəqabət mərhələsi yaradır. Çünki Suno və Udio kimi platformalar müəllif hüquqları mübahisələri ilə üzləşmişdi. Spotify isə bu sahəyə birbaşa musiqi şirkətləri ilə lisenziya razılaşmaları əsasında daxil olur.
Paylaş