Logo
    main-post-cover

    Spotify “Prompted Playlists” ilə istifadəçilərə öz alqoritmini idarə etməyə imkan verir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify Discover Weekly ideyasını bir addım da irəli apararaq istifadəçilərin musiqi seçimlərinə daha çox nəzarət etməsinə imkan verən yeni Prompted Playlists funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu beta xüsusiyyəti ilk olaraq Yeni Zelandiyada istifadəyə verilir.
         Yeni funksiya sayəsində istifadəçilər sadəcə olaraq istədikləri musiqi ab-havasını və ya əhvalını mətn şəklində yaza bilir. İstər “enerjili səhər playlisti”, istər “2000-lərin pop hiti”, istərsə də daha detallı təsvir. Bundan sonra Spotify-ın süni intellekti həmin istəyə və istifadəçinin dinləmə tarixçəsinə əsaslanaraq xüsusi playlist yaradır.
        Bundan başqa, Prompted Playlists mütəmadi yenilənmə funksiyasına da malikdir. Yəni eyni prompt-u seçərək playlist-in davamlı olaraq yenilənməsini aktiv edə bilərsiniz. Bu, sanki Discover Weekly-nin sizin idarə etdiyiniz versiyası kimidir.
    Paylaş