Logo
    main-post-cover

    Starbucks-dan yeni funksiya! Süni intellekt artıq qəhvə seçir

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Starbucks ChatGPT platformasında istifadəyə verilən yeni beta tətbiqi ilə diqqət çəkir. Yeni funksiya istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun içki seçmək imkanı yaradır.
    Starbucks app in ChatGPT.
        İstifadəçilər artıq ChatGPT-də sorğuya “@Starbucks” yazaraq bu funksiyanı aktivləşdirə bilirlər. Daha sonra isə öz hisslərini və ya istədikləri əhvalı təsvir etməklə, məsələn, enerjili, rahat və ya sakit bir şey istədiklərini qeyd edərək süni intellektdən uyğun içki tövsiyəsi ala bilirlər. Hətta istifadəçi südlü alternativlər və ya aşağı kofeinli içkilər kimi xüsusi seçimlərini də bildirə bilər.
        Bununla yanaşı, Starbucks istifadəçilərə maraqlı bir imkan da təqdim edir: onlar ChatGPT-yə öz “vibe”lərini əks etdirən şəkil yükləyə bilər və süni intellekt həmin vizual əsasında uyğun içki təklif edir. Seçilmiş içki və yaxın mağaza müəyyən edildikdən sonra istifadəçi sifarişi tamamlamaq üçün Starbucks tətbiqinə və ya rəsmi saytına yönləndirilir. Bu addım brendin süni intellekt texnologiyalarını müştəri təcrübəsinə daha dərindən inteqrasiya etmək istiqamətində atdığı növbəti yenilik kimi qiymətləndirilir.
    Paylaş