Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

Süni zəka və Elm
20.09.2021 PAYLAŞIM

    15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması planını elan edib. Genlərin redaktə olunması texnologiyasının (CRISPR) imkanlarını sərgiləmək üçün sözügedən startap 4000 il bundan öncə nəsli kəsilmiş tüklü mamontu yenidən bərpa edəcək. Tədqiqatçılar bildiriblər ki, onlar bu texnologiya vasitəsilə insanlar üzərində təcrübələr aparmayacaqlar. Onların əsas məqsədləri isə planetdə bioloji müxtəlifliyin qorunub saxlanmasıdır. Onların sözlərinə əsasən tüklü mamontu yenidən bərpa etməklə onlar bütün dünyaya CRISPR texnologiyasının imkanlarını sərgiləmək istəyirlər.


    Tədqiqatçıların məhz tüklü mamontu seçmələri heç təsadüfi deyil. Belə ki, 2015-ci ildə tüklü mamontun genomundakı amin turuşuları ilə nukleotidlərin arıdıcıllığı təyin edilmişdi. Alimlər qeyd ediblər ki, onlar bu planı artıq 6 ildən sonra reallaşdıra biləcəklər. Colossal startapının fəaliyyətini xüsusi konsultativ heyət idarə edəcək. Həmin heyətə bioloji etika sahəsində fəaliyyət göstərən mütəxəssislər daxil olacaqlar. İlkin mərhələdə Asiya filinin genetik təkmilləşdirilmiş versiyası yaradılacaq. Həmin versiyanın genomu isə tüklü mamontun genomuna bənzər olacaq. Növbəti mərhələdə isə artıq tüklü mamontun yaranıb-yaranmadığını bilmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×