main-post-cover

    Steve Jobs süni zəka əsaslı ChatGPT çat-botu barəsində fikirlərini söyləyib (VİDEO)

    Süni İntellekt
    31.01.2023
    Emil Nəcəfov
     
        Synthetic adlı Youtube kanalında maraqlı bir video təqdim edilib. Təqdim edilmiş videonun maraqlı tərəfi ondan ibarətdir ki, həmin videoda Steve Jobs son zamanlar çox məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botu barəsində fikirlərini səsləndirir. Maraqlısı ondadır ki, Apple şirkətinin əfsanəvi təsisçisinin nitqi və fikirlərini əks etdirən mətni iki neyron şəbəkəsi tərəfindən tərtib edilib. Videoda səslənən Steve Jobs-un səsi süni zəka əsaslı elevenlabs.io adlı neyron şəbəkəsi tərəfindən yaradılıb.
        Onun səsi ilə səsləndirilən nitqin mətni isə məhz ChatGPT çat-botu vasitəsilə tərtib edilib. Müasir deepfake texnologiyalar elə inandırıcı videolar generasiya edirlər ki, onlar artıq heç kimi təəccübləndirmirlər. Hətta Steve Jobs-un ən qızğın pərəstişkarları da qeyd ediblər ki, sözügedən videodakı səsi Steve Jobs-un əsl səsindən fərqləndirmək demək olar mümkün deyil. İstifadəçilərdən biri həmçinin qeyd edib ki, ChatGPT çat-botu psixoloji nöqteyi nəzərdən səs yazısına Jobs-a xarakter olan nitq patternlərini çox uyğun şəkildə inteqrasiya edib. 
    Linki kopyala