Logo
    main-post-cover

    Süd Yolu qalaktikasının mərkəzindəki molekulyar buludda RNT-nin inşaat blokları aşkar edilib

    Süni İntellekt
    10.07.2022
    Emil
        İspan astronomlar 2 güclü teleskopdan istifadə edərək Süd Yolu qalaktikasının mərkəzində yerləşən və toz ilə qazdan ibarət olan G+0.693-0.027 adlı soyuq molekulyar buludun tərkibində bəzi nitril növlərini aşkar ediblər. Qeyd etmək lazımdır ki, nitrillər RNT-nin inşaat blokları qismində çıxış edirlər. RNT molekulları isə öz növbələrində DNTzülallarla birlikdə Yer kürəsindəki bütün canlı orqanizmlərin hüceyrələrinin əsasını təşkil edirlər. Bu kəşf “RNT Dünyası” adlı fərziyənin daha bir sübutudur. Sözügedən fərziyyəyə əsasən həyat növü ilk öncə RNT molekullarından yaranıb və həmin molekullar Yer kürəsinə kosmosun dərinliklərindən gəlib çıxıblar. Süd Yolu qalaktikasının mərkəzində yerləşən G+0.693-0.027 adlı soyuq molekulyar buludun temperaturu -173 dərəcə Selsi, diametri isə 3 işıq ili təşkil edir. Bu molekulyar buludun kütləsi Günəşin kütləsindən 1000 dəfə böyükdür.

    Alimlər hələ ki, sözügedən bulud daxilində yeni ulduzların formalaşma əlamətlərini görməyiblər. Lakin gələcəkdə bu proses start götürə bilər.

        Nitrillər RNT-nin tərkib hissəsinin əsas komponentlərindəndirlər və alimlər güman edirlər ki, onlar kainatda geniş yayılmış kimyəvi birləşmələrdən biridirlər. Bu isə öz növbəsində Yer kürəsində həyatın “RNT Dünyası” adlı fərziyyə əsasında formalaşdığını sübut edir. Bu fərziyyəyə əsasən Yer kürəsində DNT-RNT-zülal birləşməsi məhz RNT molekulları hesabına yaranıb. Bundan əlavə olaraq sözügedən fərziyyəyə əsasən nitrillər və RNT-nin, həyatın formalaşması üçün lazım olan digər inşaat blokları məcbur şəkildə Yer kürəsinin özündə yaranmalı deyillər. Onlar bizim planetimizə 3.8-4.4 milyard il bundan öncə meteorlar kometlər vasitəsilə çatdırılmış ola bilərlər. İspan alimlər güman edirlər ki, nitrillər soyuq molekulyar buludlarda yarana bilərlər. Bu cür buludlar qəliz molekulların yaranmaları üçün lazımi şəraitə sahibdirlər.

    “Bizim kəşfimiz onu göstərir ki, molekulyar buludlarda gedən proseslər nəticəsində RNT-nin inşaat blokları yarana bilər’ - deyə İspaniya Astrobioloji Mərkəzin alimi Victor Rivilla qeyd edib.

        Alimin sözlərinə əsasən G+0.693-0.027 adlı molekulyar buludun kimyəvi tərkibi, daxilində yeni ulduzların yarandıqları buludların kimyəvi tərkiblərinə bənzəyir. Yəni güman etmək olar ki, nəticədə Günəş sisteminin yarandığı buludun da kimyəvi tərkibi eyni olub. “Bizim müşahidələrimiz onu göstərirlər ki, nitrillər kainatda geniş yayılmış kimyəvi birləşmələrdən biridirlər. Onlar təkcə molekulyar buludlarda yox, həmçinin müxtəlif kütləyə sahib protoulduzlarda, meteorlarda, kometlərdə və hətta Saturnun ən böyük peyki olan Titanın atmosferində də mövcuddurlar” - deyə mütəxəssislərdən biri qeyd edib. “Biz RNT-nin inşaat blokları qismində çıxış edən ribonukeotidlərin yalnız bir neçə sadə sələfini aşkar etmişik. Digər lazımi elementlər hələ aşkar edilməyib” - deyə ispan alimlərdən biri qeyd edib.
    Paylaş
    Bənzər xəbərlər