main-post-cover

    Suda və quruda olan mikroblar plastik materiallarla qidalanmaq üçün təkamül prosesindən keçirlər

    Süni İntellekt
    20.12.2021
    Emil Nəcəfov
        5 il bundan öncə yaponiyalı alimlər plastik materialların tullantıları olan zibillikdəki torpaq nümunəsi araşdıran zaman yeni növ bakteriyanı kəşf etmişdilər. Aşkar edilmiş bakteriyanın əsas özəlliyi isə ondan ibarət idi ki, o, inkişaf etmiş 2 xüsusi fermentindən istifadə edərək polietilentereftalat materillar ilə qidalanırdı. Alimlərin yeni araşdırmaları sayəsində məlum olub ki, bu artıq kütləvi hala çevrilib. Planetdəki plastik material tullantılarının böyük həcmdə olması öz növbəsində suda və torpaqda olan yüzlərlə mikroorqanizmləri plastik materialları parçalamağa imkan verən fermentləri ifraz etməyə məcbur edir. Bir çox bakteriyalar adi qida növləri ilə müqayisədə plastik materilları daha rahatlıqla qida vasitəsi kimi istifadə edirlər.

    Alimlər artıq plastik materialların 10 ən kütləvi növünü parçalaya bilən 30.000-ə yaxın ferment aşkar ediblər.

        2016-cı ildə olmuş bu kəşfdən sonra alimlər eyni özəlliyə sahib çoxlu sayda ferment aşkar ediblər. Çalmers Texnologiya Universitetinin (İsveç) mütəxəssisləri isə bu fenomenin nə dərəcədə geniş yayıldığını sərgiləyiblər. Onlar okeandakı və qurudakı yüzlərlə yerdən DNT nümunələrini kompüter modelləşdirilməsi vasitəsilə analiz ediblər. Alimlər yığılmış nümunələrdə plastik materialları parçalamağa imkan verən fermentlərin olub-olmadıqlarını aşkar etmək istəyiblər. Nəticədə onlar 10 növ plastik materialı parçalamağa qadir olan 30.000-ə yaxın ferment aşkar ediblər. Onlar həmçinin 10 növ plastik materialı bu cür tullantılar ilə bağlı məlumatlar ilə müqayisə ediblər.

    Məlum olub ki, fermentlərin ən böyük konsentrasiyaları Aralıq dənizi və Sakit okeanın cənub hissəsi kimi daha çirkli regionlarda mövcuddur.

        Son onilliklərdə plastik materialların istehsalı il ərzində 2 tondan 380 milyon tona yüksəlib və hər il təqribi olaraq 8 milyon ton plastik material okeana düşür. Tullantı həcmlərinin bu dərəcədə böyük olması öz növbəsində mikroorqanizmlərə yeni qida mənbəyini rahatlıqla qəbul etmə bacarığını inkişaf etdirmək imkanını verib. Buna baxmayaraq, bütün plastik materialların öhdəsindən gəlmək üçün çoxlu sayda yüksək effektivli ferment lazım olacaq. Alimlər daha bir maraqlı faktı da təyin ediblər. Belə ki, onlar fermentlərin yüksək konsentrasiyasını daha dərin yerlərdə aşkar ediblər. Bu isə daha dərin səviyyəli yerlərdə mikroplastik materialların olmasına işarə edir.
    Linki kopyala