Süni intellekt dövründə App Store yenidən canlanır
Süni İntellekt
03.08.2026
Sevinj
Süni intellekt agentlərinin gələcəkdə mobil tətbiqlərin yerini tuta biləcəyi ilə bağlı müzakirələr davam etsə də, App Store-da yeni və yaradıcı tətbiqlərin sayı sürətlə artır. Xüsusilə süni intellekt dəstəyi ilə proqram hazırlamağın asanlaşması müstəqil tərtibatçıların daha qısa müddətdə yeni məhsullar təqdim etməsinə imkan verib. Məlumata görə, 2026-cı ilin ilk rübündə Apple App Store və Google Play platformalarında yeni tətbiqlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artıb. Təkcə App Store-da isə bu artım 80 %-ə çatıb. TechCrunch istifadəçilərin diqqətindən kənarda qalan, lakin maraqlı funksiyalar təklif edən bir neçə tətbiqi seçərək siyahı hazırlayıb. Bu tətbiqlərin əksəriyyəti süni intellektdən istifadə etsə də, bunu əsas marketinq üstünlüyü kimi ön plana çıxarmır.
Siyahıda yer alan Albo sosial şəbəkələrdə rast gəlinən ideya və paylaşımları avtomatik kateqoriyalara ayıraraq saxlayır. Coop isə istifadəçilərə yaşadıqları ərazidə evdə hazırlanan və ya yerli istehsal olunan məhsulları alıb-satmağa imkan verir. TechCrunch qeyd edir ki, süni intellektin proqram hazırlama prosesini sürətləndirməsi bazara keyfiyyətsiz tətbiqlərin də çıxmasına səbəb olur. Bununla belə, istifadəçilərə real fayda verən və fərqli ideya təqdim edən tətbiqlərin uzunmüddətli perspektivdə seçilərək ön plana çıxacağı gözlənilir.
Paylaş
